19 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ən bahalı 10 idman brendi

Amerikanın maliyyə-iqtisadi jurnalı Forbes dünyanın ən bahalı idman brendlərinin siyahısını dərc etmişdir. Ilk onluqda 3 beysbol komandası, iki amerikan futbolu nümayəndələri qərarlaşıb. Qalan yerləri Avropa futbol nəhəngləri tutur.

1. “New York Yankees”-brendin dəyəri – 363 mln dollar

Dünya seriyasında 27 rekord qələbə (ikinci yerdə olan “Sent –Luis Kardinals-dan 16 daha çox) Yankees-ə MLB-də daha çox azarkeşə sahib olmağa və atributların satışını görünməmiş həddə çatmasına imkan verdi. Çoxları belə bir komandanın varlığından xəbəri olmasa da, bütün dünya NY loqotipli beybsolkalar taxır. “Yankeez”-in maliyyə uğuru təkcə beysbol fəaliyyəti ilə bağlı deyil. Yankee Global Enterprises stadionların idarə edilməsini təşkil edən Legends və universitetlərə idman marketinqi xidmətləri təklif edən IMG College şirkətlərinə sahibdir.

2. “Manchester United”. Brendin dəyəri – 293 mln dollar

“Manchester United” dünyanın ən bahalı idman klubları reytinqinə başçılıq edir – klubun dəyəri 2,23 mlrd dollarla qiymətləndirilir. 2007-2011-ci illər ərzində “mankunianlar” ən bahalı idman brendləri reytinqində liderlik edirdilər, Həmin zamanlarda “MU” brendi dolların Britaniya funtuna nəzərən bahalaşması nəticəsində “ucuzlaşmağa” başladı, lakin indi klub tədricən dəyər qazanır. DHL müqaviləsi sayəsində 19 qat İngiltərə çempionlarının kommersiya gəlirləri 14% artaraq, 191 mln dollar təşkil etmişdir. 2014-15 mövsümündən başlayaraq, “MU”-un Chevrolet-lə 559 mln dollarlıq müqaviləsi qüvvəyə minəcək.

3. “Real” Madrid. Brendin dəyəri – 255 mln dollar

2010-11-ci il mövsümünün yekununa görə Madrid “Realı” digər komandaların qazanmadığı qədər – 695 mln dollar həcmində gəlir əldə etdi, İspaniya liqasının hazırkı çempionu illik 40 mln dollar həcmində ödənişi təmin edərək, Adidas-la müqavilələrini 2020-c ilə qədər uzatdı.

4. “Dallas Cowboys”. Brendin dəyəri – 249 mln dollar

“Dallas” yeganə komandadır ki, eyni zamanda dörd oyunçusu 2011-ci ilin ən çox futbolkası satılan oyunçuların top-20-liyinə daxil ola bilmişdir. Bundan əlavə, “Cowboys” ən bahalı amerikan idman komandasıdır. Onun dəyəri 2,1 mlrd dollar həcmində qiymətləndirilir.

5. “Los Angeles Dodgers”. Brendin dəyəri – 202 mln dollar

2012-ci ilin mayında “Dodgers” Guggenheim Baseball Management LLC qrupuna 2 mlrd dollara satılmışdır. Əlavə olaraq, 150 mln dollar stadiona və ona bitişik sahəyə görə ödənilmişdi. Bu, amerikanın müasir futbol tarixində ən iri miqyaslı müqavilədir. Yaxın zamanlarda “Dodgers” yerli aviaşirkətlərdən biri ilə 20 illik 4 mlrd dollar həcmində yeni müqavilə bağlamağı planlaşdırır.

6-7. “Bavariya”. Brendin dəyəri – 192 mln dollar

Almaniyanın ən məşhur idman klubunun Adidas-la bağladığı müqavilənin müddəti 2019-cu ilə qədərdir və illik 36 mln dollar ödənişi təmin edir. 2010-11-ci il mövsümündə Münhen komandasının gəlirləri 546 mln dollar təşkil etmişdir.

6-7. “Boston Red Sox”. Brendin dəyəri – 192 mln dollar

2011-ci ildə “Red Sox” maçlarının televiziya reytinqi orta hesabla 7,4 təşkil etmişdir ki, bu da beysbol tarixində dördüncü ən yüksək göstəricidir. 2002-ci ildə şirkətin alışından sonra Fenway Sports kommersiya tərəfdaşlarının sayını iki qat artıraraq, “Red Sox” brendinin mövqeyini daha da möhkəmləndirmişdi. Hazırda onların sayı 95-dir.

8. “New England Patriots”. Brendin dəyəri – 188 mln dollar

Amerikanın ən böyük futbol stadionu və “Patriots” klubunun meydançası olan Gillette Stadium son illərdə azarkeşlərin əyləncə mərkəzinə çevrilib. Arenanın ətrafında mağaza, restoran və klub muzeyi fəaliyyət göstərən Patriot Place adlı yer məkan yerləşir. Hər həftə oyunçu və heyətin futboldan kənar həyatından bəhs edən, eləcə də Emmi mükafatına layiq görülmüş Patriots All Access televiziya verilişinin “New England” brendinin xeyrinə işləyir.

9. “Barcelona”. Brendin dəyəri – 176 mln dollar

2011-12-ci mövsümünün yekunlarına görə katalon klubunda 52 mln dollarlıq xalis mənfəət qeydə alınmışdır. Barcelona qazanılmış pulları 440 mln dollarlıq borcların ödənilməsinə yönəldəcək.

10. “Arsenal”. Brendin dəyəri – 156 mln dollar

2012-ci ildə “Arsenal” gəlirlərini Carlsberg pivə brendi və Betsson bukmeker şirkəti ilə bağlanacaq sponsor müqavilələri hesabına artırmağı düşünür. 2011-12-ci il mövsümünün yekunlarına görə klub 59 mln dollar həcmində gəlir əldə etmişdir ki, bu da keçə mövsümün göstəricisindən (24 mln dollar) əhəmiyyətli dərəcədə yüksəkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər