8 C
Baku
Tuesday, March 19, 2024

Dünyanın ən bahalı rəsm əsəri satıldı

Nyu-Yorkda baş tutan Christie’s hərracı zamanı italyan rəssam Leonardo da Vinçinin “Dünyanın xilaskarı” əsəri 400 milyon dollara satılıb.

Banker.az xəbər verir ki, incəsənət nümunəsi hərraca çıxarılan zaman ona ilkin olaraq 100 milyon dollar lot təyin edilmişdi, lakin bu məbləğ yarım saat ərzində 400 milyon dollara yüksəldi. Komissiya və vergilər də daxil olmaqla son məbləğ 450 milyon dollar təşkil edəcək.

Sözügedən bu rəsm əsərinin alıcısı telefon vasitəsilə hərracda iştirak edib və anonimliyini saxlamağa üstünlük verib.

Qeyd edək ki, bundan əvvəlki rekord Pikassonun müəllifi olduğu rəsm əsərinə məxsus idi. Müqayisə üçün qeyd edək ki, həmin əsər 179 milyon dollara satılmışdı.

Leonardo da Vinçi 1519-cu ildə dünyasını dəyişib və belə hesab olunur ki, onun müəllifi olduğu 20-dən az rəsm əsəri qorunub saxlanılıb. 1505-ci ildən sonra çəkilən və məhz bu əsərlərdən biri olan “Dünyanın xilaskarı” əsəri bütün bu zaman ərzində şəxsi kolleksiyalarda idi. Tədqiqatçılar güman edir ki, rəsm əsəri müəyyən dövrlərdə ingilis kralı I Karla məxsus olub.

dianne modestini and nick glass with salvator mundi

 

Son xəbərlər
Digər xəbərlər