16 C
Baku
Saturday, April 27, 2024

Dünyanın ən bahalı tacları

Banker.az saytı olaraq sizə dünyanın ən bahalı, gözəl və monarxlara məxsus olan tac nümunələrini təqdim edirik:

1. Böyük Karlın tacı

Korona-Karla-Velikogo

İmperiya və yaxud Böyük Karlın tacı üçlükdə ilk pillədədir. Bu zinət əşyası bütün nümunələr sırasında ən qədimidir. Tac X əsrin sonunda II Konraddan başlayaraq alman monarxlarının tac qoyma mərasimi üçün hazırlanıb.

Böyük Karlın tacı bütün digər məşhur taclardan fərqlənir və 144  qiymətli daş və mirvari ilə bəzədilib.

2. Britaniya imperiyasının tacı

Korona-Britanskoy-imperii

Bütün dünyada məşhur olan Britaniya imperiyasının tacı Luxlux.net-in təşkil etdiyi reytinqdə layiqli olaraq ikinci pilləni tutmuşdur. Bu tac şəxsən Britaniya kraliçasına deyil, dövlətə məxsusdur.

Bu tac 2 868 brilyant, 273 mirvari, 17 sapfir, 11 zümrüd və 5 rubin ilə bəzədilib.

3. Rusiya imperiyasının böyük imperator tacı

Bolshaya-imperatorskaya-korona-Rossiyskoy-imperii

Bu tac Rusiya monarxlarının əsas simvoludur. Bu tacı II Yekaterinadan tutmuş bütün Rusiya imperatorları daşımışlar.

Zərgərlər bu tacı hazırlayarkən 2 858 karatlıq 4936 brilliant və ümumi çəkiləri 763 karat olan iki sıra mirvaridən istifadə etmişlər. Qeyd edək ki, tac iki yarımkürə olaraq hazırlanmışdır ki, bu da Rusiya imperiyası ərazisində şərqlə qərbin birləşməsini əks etdirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər