22 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ən bahalı ticarət küçələri hansılardır?

Cushman & Wakefield ardıcıl olaraq ikinci ildir ki, Honq Konqda yerləşən Causeway Bay küçəsini dünyanın ən bahalı ticarət küçəsi elan etdi. Bu küçədə daşınmaz əmlak kirayə etməyin dəyəri hər kvadrat metrə görə 24,983 avroya çatıb. Reytinqdə ikinci və üçüncü pillələrdə Nyu-Yorkda “Fifth Avenue” (bir kvadrat metrə görə 20,702 dollar) və Parisdə Champs-Élysées (13,255 dollar) küçələri yer almışlar. Reytinqə liderlik edən bu üçlük siyahıdakı digər küçələri əhəmiyyətli dərəcədə geridə qoyub.

Şirkətin verdiyi məlumatlara görə, ümumilikdə dünyada kirayə faizləri cəmi 3,2% artmışdır.

Cushman & Wakefield-in baş analitiki Martin Mahmuti-nin sözlərinə görə, 2014-cü ildə iqtisadi risklər saxlanılsa da, eyni zamanda bir çox bazarlarda vəziyyət yaxşılığa doğru dəyişəcək.

İcarə haqqı qiymətlərinə görə dünyanın ən bahalı ticarət küçələrinin siyahısı aşağıdakı kimidir:

2013-cü ildəki yeri. 2012-ci ildəki yeri. Ölkə Şəhər Küçə Kv.metrə görə illik dəyər (avro ilə) %dərəcələrinin dəyişməsi
1 1 Çin Honq Konq Causeway Bay 24,983 14,7%
2 2 ABŞ Nyu-Rork Fifth Avenue 20,702 0,0%
3 3 Fransa Paris Champs-Elysees 13,255 38,5%
4 6 İngiltərə London New Bond-street 8,666 15,6%
5 4 Yaponiya Tokio Ginza 8,152 7,4%
6 8 İtaliya Milan Via Montenapoleone 7,500 7,1%
7 7 İsveçrə Zürih Banxofştrasse 7,236 2,3%
8 5 Avstraliya Sidney Pitt-Street-Moll 7,042 0,0%
9 9 C.Koreya Seul Myeongdong 6,063 6,4%
10 11 Avstriya Vyana Kolmarkt 4,440 8,8%
11 10 Almaniya Münhen Kaufingerştrasse 4320 6,1%
12 Rusiya Moskva Stoleşnikov döngəsi 3846 17,6%
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər