26 C
Baku
Friday, April 19, 2024

Dünyanın ən böyük itkisi: aktivləri 800 milyard dollar kiçildi

Çinin ən böyük neft və qaz hasailatçısı olan “PetroChina” şirkəti tarixində ən böyük çətinliklə üzləşib. “USA Today” qəzetinə istinadən, şirkətin kapitallaşması son 10 ildə 5 dəfə azalaraq 1 trln. dollardan 200 mlrd. dollara düşüb.

2007-ci ildə özəlləşdirilərək səhmləri fond birjasına çıxarılan “PetroChina”nın bazar dəyəri 1 trln. dollara yüksələrək dünyada ilk dəfə bu qiymətə çatan şirkət olub. Son 10 ildə isə şirkətin səhmlərinin qiyməti 82% azalıb və səhm sahibləri 800 mln. dollar itiriblər.

Qeyd edək ki, “PetroChina” özəlləşdiriləndə neftin qiyməti 68 dollar/barel təşkil edib. Hazırda isə neft 62 dollar/barelə satılır. “PetroChina”da yaşanan çöküş şirkət olaraq dünyanın ən böyük itkisi kimi qiymətləndirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər