21 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ən böyük ticarət mərkəzi

Dubayda dünyanın ən böyük turistik kompleksin inşa edilməsi planlaşdırılır. Mall of the World, yaxud “Dünyanın ticarət mərkəzi” çoxlu sayda supermarket, əyləncə və biznes mərkəzlərindən ibarət olacaq.

Ticarət mərkəzinin ərazisində dünyanın ən böyük qapalı tematik parkı yaradılacaq. Ticarət və əyləncə mərkəzinin ərazisi 4 milyon kvadrat metrdən çox olacaq.

Hazırda isə dünyanın ən böyük ticarət mərkəzi The Dubai Mall-dur və ərazisi 1,2 milyon kvadrat metrdir.

Yeni yaradılacaq ticarət və əyləncə mərkəzində həmçinin 50 min avtomobil tutumuna sahib dayanacaq yaradılacaq. Lakin layihə rəhbərləri əmindirlər ki, sakinlər bütün bir həftə avtomobildən istifadə etmədən də keçinə bilərlər. Proqnozlara əsasən, şəhər 1 il ərzində 180 milyon ziyarətçi qəbul edə biləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər