26 C
Baku
Wednesday, April 24, 2024

Dünyanın ən dəyərli brendləri hansı oldu?

Brandirectory online ensiklopediyası dünyanın ən dəyərli 500 brendinin reytinqini təşkil etmişdir. Reytinq təşkil edilərkən brendlərin gələcək dəyərləri və bir sıra digər cəhətlər əsas götürülmüşdür. Müxtəlif ölkələr çərçivəsində amerikan brendləri ümumilikdə 500 pillənin 185 pilləsini tutmuşlar.

Reytinqdə ilk pilləni Apple şirkəti tutmuşdur. Yaponiyanın üç nəhəng brendi – Toyota, Mitsubishi və Honda dəyərlərini 30% artıra bilmişlər. Verilən məlumatlara görə Almaniya, Fransa və Böyük Britaniyaya məxsus brendlər ilk beşliyə daxil olmuşlar. Bu zaman Çin öz brendlərinin dəyərinə görə 6-cı pillədə qərarlaşmışdır. Buna baxmayaraq onun brendləri inkişaf etməkdə davam edir.

Keçən illə müqayisədə öz dəyərlərini artıran brendlərə Verizon, Nike və Allianz da daxildir. Dəyərlərini artıran brendlərlə yanaşı, bəzi brendlər dəyər itkisi ilə üzləşmişlər. Bunlar isə Shell, Home Depot və Marlboro-dur.

s1 s2 s3 s4 s5

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər