15 C
Baku
Wednesday, April 24, 2024

Dünyanın ən firəvan ölkələri hansılardır?

Britaniyanın qeyri-kommersiya təşkilatı olan Legatim Institute çiçəklənməkdə olan ölkələrin illik reytinqini təşkil etmişdir. Onlar qiymətləndirmə üçün iqtisadi göstəriciləri (ÜDM, əhalinin gəlirləri) və həmçinin əhalinin yaşayış səviyyəsini əsas götürmüşlər. Bundan əlavə burada iqtisadiyyat, biznes və imkanlar, idarəetmə, təhsil, sağlamlıq, təhlükəsizlik, şəxsi azadlıq, sosial kapital kimi kriteriyalar da nəzərə alınmışdır.

1. Norveç

  • Ən yaxşı göstərici: iqtisadiyyat (1-ci yer)
  • Ən pis göstərici: idarəetmə (12-ci yer)
  • Adambaşına düşən ÜDM: $65 639,8
  • Həyatdan məmnunluq səviyyəsi: 10-dan 7,7
  • Bu skandinaviya ölkəsində həyat olduqca stabildir.  Norveçlilər 2009-cu ildən etibarən reytinqdə qızıl mövqe tutmaqda davam edirlər.

2. İsveçrə

  • Ən yaxşı göstərici: idarəetmə (1-ci yer)
  • Ən pis göstərici: təhsil (27-ci yer)
  • Adambaşına düşən ÜDM: $53 366,7 
  • Həyatdan məmnunluq səviyyəsi: 10-dan 7,8
  • Bu ölkə 2009-cu ildən etibarən reytinqdə ən yüksəklərə qalxmağa başladı. İsveçrə artmaqda olan seçim azadlığı və etnik azlıqlara, miqrantlara qarşı tolerant davranışı ilə xoşbəxt ölkılərdən birinə çevrilir.

3. Kanada

  • Ən yaxşı göstərici: şəxsi azadlıq (1-ci yer)
  • Ən pis göstərici: biznes və imkanlar (16-cı yer)
  • Adambaşına düşən ÜDM: $42 533, 4
  • Həyatdan məmnunluq səviyyəsi: 10-dan 7,4
  • Kanada 2009-cu ildən sonra üç pillə irəliləyib. Bu ölkədə də azadlıq səviyyəsi və miqrantlara qarşı səbirli münasibət diqqəti çəkməkdədir.

4. İsveçrə

  • Ən yaxşı göstərici: bzines və imkanlar (1-ci yer)
  • Ən pis göstərici: təhsil (14-cü yer)
  • Adambaşına düşən ÜDM: $43 180,2 
  • Həyatdan məmnunluq səviyyəsi: 10-dan 7,6

5. Yeni Zellandiya

  • Ən yaxşı göstərici: təhsil  (1-ci yer)
  • Ən pis göstərici: sağlamlığın qorunması (20-ci yer)
  • Adambaşına düşən ÜDM: $32 219,5
  • Həyatdan məmnunluq səviyyəsi: 10-dan 7

6. Danimarka

  • Ən yaxşı göstərici: biznes və imkanlar (2-ci yer)
  • Ən pis göstərici:  iqtisadiyyat (23-cü yer)
  • Adambaşına düşən ÜDM: $42 086,1 
  • Həyatdan məmnunluq səviyyəsi: 10-dan 7

7. Avstraliya

  • Ən yaxşı göstərici: təhsil (2-ci yer)
  • Ən pis göstərici:  sağlamlığın qorunması (17-ci yer)
  • Adambaşına düşən ÜDM: $44 597,8
  • Həyatdan məmnunluq səviyyəsi: 10-dan 7,2

8. Finlandiya

  • Ən yaxşı göstərici: biznes və imkanlar (3-cü yer)
  • Ən pis göstərici:  iqtisadiyyat (26-cı yer)
  • Adambaşına düşən ÜDM: $38 654,6
  • Həyatdan məmnunluq səviyyəsi: 10-dan 7,4

9. Hollandiya

  • Ən yaxşı göstərici: sosial kapital (5-ci yer)
  • Ən pis göstərici:  iqtisadiyyat (20-ci yer)
  • Adambaşına düşən ÜDM: $43 198,3
  • Həyatdan məmnunluq səviyyəsi: 10-dan 7,5

10. Lüksemburq

  • Ən yaxşı göstərici: sağlamlığın qorunması (1-ci yer)
  • Ən pis göstərici:  təhsil (46-cı yer)
  • Adambaşına düşən ÜDM: $91 387,9
  • Həyatdan məmnunluq səviyyəsi: 10-dan 7
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.