15 C
Baku
Friday, April 26, 2024

Dünyanın ən innovativ iqtisadiyyatları elan edildi

Bloomberg agentliyi Innovation Index adlı dünyanın ən innovativ iqtisadiyyatları reytinqini təqdim etdi.

Banker.az xəbər verir ki, reytinqin lideri keçən il olduğu kimi, Cənubi Koreya oldu. İkinci pillədə İsveç, üçüncü pillədə isə Almaniya qərarlaşıb. Həmçinin, ilk onluğa İsveçrə, Finlandiya, Sinqapur, Yaponiya, Danimarka, ABŞ və İsrail daxil olub.

Bloomberg reytinqi təşkil edərkən ölkələrin nəticələrini aşağıdakı sahələr üzrə nəzərdən keçirib:

—tədqiqat və inkişaf (Research & Development, R&D)
—əlavə edilmiş dəyərlə istehsal
—məhsuldarlıq
—yüksək texnologiyalı ictimai şirkətlərin sayı
— ali təhsil səviyyəsi
— tədqiqat və inkişaf sahəsi üzrə mütəxəssislərin sayı
— patent fəallığı

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər