15 C
Baku
Friday, April 26, 2024

Dünyanın ən nəhəng bankı

Dünyanın ən iri bankı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır, onu  həm də Ümumdünya bankı adlandırırlar. O, ABŞ-da Vaşinqton şəhərində yerləşir. Hal-hazırda onun tərkibində dünyanın 180-dən çox ölkəsi birləşir. Belə bir maliyyə nəhənginin nizamnamə fondu 142 milyard dollara bərabər tutulur.

Hər bir iştirakçı-üzv ölkə nizamnamə kapitalına öz kvotalarının 20%-i həcmində vəsait daxil edir, bu vəsaitin 2 faizi konvertasiya olan valyutada, qalan 18%-i isə milli valyutada olur. Qeyd etmək lazımdır ki, bankın ən ali orqanı idarəetmə şurasıdır (idarə Heyətidir). Hər bir dövlət bu Şurada bir nümayəndə ilə təmsil olunur. Bir qayda olaraq bu təmsilçilər nazirlərdir. 

Hər bir nazirin özünün müavini olur. İdarə heyətinin sədri beş il müddətinə seçilir, sonra isə onun səlahiyyət müddəti başa çatır, lakin səsvermə nəticəsində o yenidən seçilmək şansına malikdir.  Şura adətən ildə bir dəfə yığıncaq keçirir və görüşə toplanır. Belə iclaslarda qərarlar adi səs çoxluğu ilə qəbul olunur. Bununla yanaşı səs verən ölkənin bankın kapitalında nə qədər pay sahibi olduğunu da nəzərə almaq lazımdır, məsələn ABŞ bütün səslərin 17%-nə malikdir.

Həmçinin də iki il müddətinə seçilən icraçılar -yəni Direktorlarda mövcuddur. Cəmi 24 direktor vəzifəsi vardır ki, onlardan beşi daimi üzvlərdir və bu ölkələr sırasından təyin olunur: Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Almaniya. Hal-hazırda ümumdünya bankı bütün diqqətini zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə yardı və köməklik göstərilməsin yönəldib.

Bankın əsas hədəfi uzunmüddətli iqtisadi inkişaf problemindən çıxış yolunu tapmaqdır. Ümumdünya bankı üçün əsas aspektlər qismində xarici ticarətin liberallaşması sahəsində islahatlar çıxış edir, həmçinin səhiyyə, təhsil və infrastrukturun inkişafı naminə həyata keçirilən islahatlar əsas diqqət mərkəzində saxlanılır.

Bu maliyyə təşkilatı əsasən kommersiya şərtləri əsasında uzunmüddətli kreditlər verir. Bu baxımdan inkişaf etməmiş ölkələr istisna təşkil edir. Onlara ilk növbədə çox aşağı faiz dərəcələri kreditlər təqdim olunur, ikincisi kreditin geri qaytarılması müddəti artırılır. Sözügedən kredit sistemi iki növ kredit ayırır.

Birinci məqsədli kreditlərdir. Bu məxsusi konkret proqramlar, investisiya layihələri üçün istifadə olunur. İkinci –proqram kreditləridir. Bu kredit növü hökumətin iqtisadiyyatın hər hansı bir vacib sahəsində islahat keçirməsi üçün nəzərdə tutularaq yaradılıb. 1974-cü ildə Ümumdünya Bankının və Beynəlxalq Valyuta Fondunun birgə inkişafı üçüm xüsusi Müştərək Komitə yaradıldı. Fond Ümumdünya bankına öz maliyyə axınlarını düzgün bölüşdürməyə kömək edir.

Onlar müxtəlif tenderlər təşkil edir və investisiya proyektləri həyata keçirilər. Bu zaman sözü gedən qurumlar müxtəlif dövlətlərin ortamüddətli və uzunmüddətli perspektivləri ilə bağlı öz araşdırmalarına və tədqiqatlarına əsaslanır. Onların hansı bazar iqtisadiyyatına mənsubluğu isə bu zaman heç bir fərq oynamır.

Bu fondun da prezidenti vardır və onun idarəetmə müddəti beş ilə bərabərdir. 1994-cü ildə BYİB Vaşinqton, London, Paris və Tokioda öz informasiya mərkəzlərini açır. Burada bankın hal-hazırkı anda hansı investisiya proyektləri ilə məşğul olduğunu öyrənmək mümkündür. Həmçinin bu məslə və bir çox digər şey ilə bağlı bütün lazımı sənədləşməni, məruzə v s almaq mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər