13 C
Baku
Friday, April 26, 2024

Dünyanın ən nəhəng biometrik məlumat bazası Hindistanda yaradılacaq

Banker.az saytının verdiyi xəbərə görə, Hindistan rəhbərliyi dünyanın ən nəhəng ölkə vətəndaşlarının biometrik məlumat bazasını yaratmaq niyyətindədir. Texnoloji şirkətlər, tibbi xidmət göstərənlər və tətbiqetmə yaradanlar bu məlumat bazasından istifadə edə biləcəklər.

«India Stack» layihəsi çərçivəsində Hindistanın 1,2 milyard vətəndaşından barmaq izi nümunələri götürülüb və gözləri skan edilib. Layihənin məqsədi – maliyyə tranzaksiyaları həyata keçirmək və yaxud dövlət xidmətlərindən istifadə etmək üçün elektron məlumat mübadiləsi prosesini standartlaşdırmaqdır.

Sözügedən bu layihədən sığorta polisi əldə etmək, məktəb imtahanları vermək və yaxud sağlamlıqla bağlı subsidiyalar əldə etmək üçün şəxsiyyətin təsdiq edilməsi zamanı istifadə etmək mümkün olacaq.

Lakin layihə tənqidçiləri iddia edirlər ki, biometrik məlumatlardan belə kütləvi şəkildə istifadə etmək şəxsi məlumatlarla bağlı təhlükə yaradacaq.

Lakin buna baxmayaraq, India Stack Hindistanı sözün əsl mənasında nəhəng nağdsız cəmiyyətə çevirəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər