15 C
Baku
Friday, March 29, 2024

Dünyanın ən nüfuzlu məşhuru kim oldu

Müğənni Beyonce Forbes jurnalının versiyasına görə, dünyanın ən nüfuzlu məşhuru oldu. MƏhz Beyonce Forbesin hər il təşkil etdiyi reytinqə liderlik etmişdir.

Müğənni 95 şoudan ibarət olan iri miqyaslı tur layihəsi sayəsində liderliyə sahib olmuşdur. O orta həddlə 1 konsertdən 2,4 milyon dollar qazanmışdır. Bununla yanaşı, müğənni H&M və Pepsi kimi şirkətlərlə müqavilələrdən böyük gəlir əldə edir. Bundan əlavə, Beyonce şəxsi ətir kolleksiyasını da istehsal edir. Həmçinin onun geyim, ayaqqabı və aksessuar satışı ilə məşğul olan House of Dereon şirkəti də mövcuddur. Ümumilikdə, Beyonce 1 iyun 2013-cü ildən 1 iyun 2014-cü ilə qədər 115 milyon dollar qazanmışdır.

Müğənninin həyat yoldaşı, reper və prodüsser Jay-Z yeni reytinqdə 60 milyon dollar ilə 6-cı pillədə yer almışdır.

Basketbolçu Lebron Ceyms reytinqin ikinci, reper Dr.Dre isə üçüncü pilləsində qərarlaşmışdır.

 Reytinqin keçən ilki lideri Opra Uinfri bu dəfə reytinqin 4-cü pillədə yer almışdır (82 milyon dollar). Reytinqin ilk 5-liyini isə teleaparıcı Ellen Dedceneres (70 milyon dollar) tamamlayır.

Son xəbərlər
Digər xəbərlər