22 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ən nüfuzlu pasportları elan edildi

Banker.az xəbər verir ki, Passport Index reytinqinin məlumatlarına əsasən, alman pasportu maksimum sayda ölkələrə vizasız səyahət etmək imkanı verir. İkinci pillənin sahibi isə İsveç və Sinqapur pasportları oldu.

Almaniya vətəndaşları viza qeydiyyatından keçmədən 157 ölkəyə gedə bilərlər. Bununla yanaşı, 123 ölkə alman pasportuna sahib olan şəxslərdən heç bir əlavə sənəd tələb etmir, yerdə qalan 34 ölkədə isə vizanı ora çatdıqda əldə etmək olar.

İsveç və Sinqapur şəxsiyyət vəsiqələri isə 156 ölkəyə vizasız getməyə imkan verir. Ən nüfuzlu pasportlara sahib olan ölkələrin reytinqində üçüncü pillədə Danimarka, Finlandiya, Fransa, İspaniya, İsveçrə, Norveç, Böyük Britaniya və ABŞ qərarlaşıb. Bu ölkənin vətəndaşları 155 ölkəyə vizasız gedə bilərlər.

Rusiya Federasiyasının şəxsiyyət vəsiqəsinə sahib olan şəxslərə isə 103 ölkə öz sərhədlərini açır. Ruslar 71 ölkədə viza olmadan keçinə bilərlər, 32 ölkədə isə vizanı oraya çatdıqda əldə etmək olar.

199 ölkənin yer aldığı reytinqi isə Əfqanıstan tamamlayır. Bu ölkənin sakinləri 23 ölkəyə vizasız səfər edə bilər. Bu ölkələrdən 20-də oraya çatdıqda dərhal olaraq viza almaq tələb olunduğu halda, 3 ölkədə Əfqanıstan sakinləri tamamilə vizadan azaddırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər