15 C
Baku
Wednesday, April 24, 2024

Dünyanın ən qəribə vergiləri

Göydən düşmə pullar-bu nağıl deyil, adət olunmuş bir reallıqdır. Əgər öz təxəyyülünü işə salsan, hər şeyə vergi qoya bilərsən. Dünyada mövcud olmuş və ya hələ də mövcud olan elə qəribə vergilər var ki, heç təxmin belə etməmisiniz.

1. Kartlara qoyulan vergilər

Britaniyada XVI əsrdə kartlara vergi qoyulmuşdur. Şam yeməyindən sonra kralın qulluqçuları həmişə kart oynayardılar. Elə bu da I Ceymsi belə bir fikrə saldı ki, bunun üzərindən yaxşıca pul qazanmaq olar. Vergilərin ödəndiyini sübut etmək üçün “tuz pikanın” üzərində istehsalçının loqotipi ilə yanaşı verginin ödəndiyini göstərən xüsusi nişan olmalı idi.

2. Konfetlərə qoyulan vergilər

nalog na konfeti 400.jpg

2009-cu ildə Amerika ştatı İlinoisdə konfetlər vergi obyekti oldu. Buna görə də “konfet” sözünün təyinatında müəyyən məhdudiyyətlər qoyuldu. Belə ki, “tərkibində un olan və soyudulma tələb edən məhsullar konfet hesab olunmur və digər adi qida məhsulları kimi eyni vergi dərəcəsinə mərr ”. Beləliklə, indi Çikaqo sakinləri öz həyatına bir az şirni qatmamışdan əvvəl fikirləşməli idiləruz qalı ki, adi məhsullar ilə müqayisədə verginin 5 dəfə daha yüksək olduğu bahalı konfet alsınlar ya, üstü yoqurtla bəzədilmiş “konfet olmayan” bulka.

3. “ Qorxaqlıq” vergisi

nalog na trysost 400.jpg

 İngiltərə kralı Birinci Henri dövründə kral üçün döyüşmək istəməyən təbəələrdən “qorxaqlıq” vergisi alınırdı. Daha sonralar onu “qalxan yığımı” adlandırdı. İlk öncə vergi yüksək deyildi, lakin sonradan kral Con müharibənin olmadığı dövrlərdə verginin miqdarını 4 qat artırdı. Bu vergi həmçinin cəngavərlərə də tətbiq olunurdu.

4. Şlyapalara vergilər

nalog na shlyapa 400.jpg

İngiltərə hakimiyyəti 1784-1811-ci illərdə baş geyimləri sayəsində qazanırdı. İdeyanın müəllifi baş nazir Kiçik Uilyam Pitt idi. Vergi dərəcəsi ayrı-ayrı vətəndaşların həyat səviyyəsindən asılı idi. Daha bahalı şlyapa sahibləri daha çox pul ödəyirdi. Verginin ödənilməsi şlyapa üzərinə taxılan xüsusi nişanla təsdiq olunurdu.

5. Pəncərələrə vergilər

nalog na okna 400.jpg

XVIII əsrdə Böyük Britaniya və Şotlandiyada III Uilyamın hakimiyyət dövrü idi, həmin vaxt, yəni 1696-cı ildə evində 10 dənədən çox pəncərəsi olan şəxslər vergi ödəməli idi. Hər bir pəncərə üçün 2 şillinq ödənilirdi. Bir çox yaradıcı insanların pəncərə üçün oyuq yerləri qoymasına baxmayaraq, sadə əhali sadəcə olaraq “artıq sayda” olan pəncərələri hörməli olurdu.

6. Saqqal vergisi

nalog na boroda 400.jpg

1535-ci ildə İngiltərə kralı VII Henrix tərəfindən saqqal vergisi tətbiq olunmağa başlandı. Vergi dərəcəsi sahibin sosial statusundan asılı idi. Henrixin qızı I Elizabet tərəfindən “yaşı iki həftədən çox olan “ saqqallara vergi qoyuldu. I Pyotr tərəfindən də həyata keçirilən bu addım əslində kişiləri üzünü qırxmağa məcbur etmək məqsədi daşıyırdı.

7. Qazlı su avtomatlarına vergi

nalog na avtomatl 400.jpg

Bu vergi Çikaqoda hələ də mövcuddur. Qazlı içki şüşələrinə vergi dərəcəsi 3%, sərinləşdirici içki avtomatlarına isə 3 dəfə daha çox, yəni 9% tətbiq olunurdu.

8. Uşaqlara qoyulan ad vergisi

deti malish 400.jpg

Əgər siz İsveç vətəndaşı deyilsinizsə, öz uşağınızın adın qoyarkən nəinki öz qohumlarınızı, hətta adların qeydiyyatı ilə məşğul olan vergi agentliyini də razı salmalısınız. Eləcə də öz adınızı dəyişmək, həyat yoldaşınızın ad və soyadın götürmək istədikdə həmin ünvana müraciət etməlisiniz. İsveç rəsmiləri belə hesab edirlər ki, adın qoyulması onun sahibini incitdikdə, narahatçılıq və ya diskomfort yaratdıqda və ya eləcə də hər hansı bir aşkar səbəb üzündən uyğun olmadı qda təsdiq edilməli deyil.

9. Duz vergisi

nalog na sol 400.jpg

Ən qəribə vergi 1930-cu ildə Maxatma Qandinin qarşı çıxdığı Hindistanda duza tətbiq edilən vergidir. Vergi Britaniya imperiyası tərəfindən təyin edilmişdir. Verginin həcmi 4000 faizə çatırdı ki, bu da böyük miqyaslı etirazlara səbəb olurdu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər