4 C
Baku
Friday, March 29, 2024

Dünyanın ən ucuz oteli hansıdır?

Banker.az saytının verdiyi məlumata görə, Banqladeşin paytaxtı Dəkkə şəhərində Burinqa çayının sahilində 5 qayığın üzərində təsis edilmiş Faridpur oteli dünyanın ən ucuz oteli hesab edilir.

Burada bir gecə keçirmək üçün cəmi 0,03 dollar tələb olunur. Qiymətə uyğun olaraq bu oteldə rahatlıq da yüksək səviyyədə deyil. Düzdür, su və ayaqyolu olsa da, bir otaqda onlarla insan birlikdə gecələyir.

Çatışmazlıqlara baxmayaraq, bu otel turistlər və yerli işçilər arasında çox populyardır. Burada hər bir qonağa əşyalarını saxlamaq üçün kiçik şkaf verilir.

Otelin sahibi Məhəmməd Mustafa Miyan bildirib ki, adətən oteldə təqribən 40 nəfər gecələyir. Hər qonaq orta hesabla burada 3 ay qalır.

265028 main265029 main

Son xəbərlər
Digər xəbərlər