23 C
Baku
Tuesday, April 23, 2024

Dünyanın ən varlı təhsilsiz adamları

Bir çox milyonerlər heç də ali məktəb məzunları deyillər, amma bu onlara nəhəng kompaniyalar yaratmağa, milyon və milyardları qazanmağa heç də maneə olmayıb.Yəqin ki, Stiv Cobs universitetə daxil olsaydı, bu gün dünya Macintosh”, Ipod, Iphone kimi texnoloji möcüzələri görə bilməzdi. Bu insan “Apple” və “Pixar” kimi kompaniyaların əsasını qoyub.

stiv

 Hamının Ledi Qaqa adı ilə tanıdığı Stefani Coan Ancelina Cermanotta Manxettendə Müqəddəs Ürək qadın monastır məktəbinin şagirdi olub, lakin bir il keçməmiş o təhsilini atıb, çünki həmin dövrdə müğənni kimi fəaliyyət göstərməyə qərar verib.

lady%20gaga

Harrison Ford Viskonsin ştatında kollecdə oxuyarkən fəlsəfəni öyrənirmiş, lakin o kinoda bir neçə xırda rola çəkilməyə görə buraxılış imtahanlarında iştirak etməkdən imtina edib və dülgər kimi işləyib. Demək olar ki, on il sonra o, rejissor Corc Lukasın “Amerikalı qraffitlər” filmində çəkildi, kino ona görünməmiş şöhrət qazandırdı.

Harrison%20Ford

Məşhur aktyor Tom Henks teatrda çıxış etmək arzusu ilə təhsilini yarıda qoyur.

Tom%20Henks

Mark Tsukerberq Harvardda oxuduğu vaxt dünyanın ən məşhur sosial şəbəkəsi olan “Facebook”-un əsasını qoyur. Facebook-un populyarlığı o qədər güclü olur ki, Mark təhsilindən imtina edərək Palo-Altoda öz kompaniyasının əsasını qoyur.

Mark%20Tsukerberq

Ceyms Kameron Kanadada dünyaya göz açmış, lakin ailəsi ilə birlikdə Kaliforniyaya köçmüşdür, burada da o, universitetə daxil olmuşdur. Lakin, o təhsilini ataraq ofisiant bir qız ilə evlənir və yük maşınlarının sürücüsünə çevrilir. Lakin “Ulduz müharibələri” filmini seyr etdikdən sonra o rejissor olmağa qərar verir və bu gün onun epik əsəri hesab edilən Avatar filmini Azərbaycanda demək olar ki, izləməyən adam yoxdur.

Ceyms%20Kameron

Memar, ixtiraçı və filosof olan Bakminster Fuller iki dəfə Harvard universitetindən xaric edilib, lakin onun kreativ ideyaları öz bəhrəsini verərək, Fullerə milyonlarla dollar qazandırıb.

Bakminster%20Fuller

Frenk Lloyd Rayt, ən məşhur amerikalı inşaatçı-memardır. O, 1886-cı ildə Viskonsin-Medison universitetinə daxil olub, lakin bir il keçmədən təhsilini başa vurmamış universitetdə oxumağa atıb. Ölümündən sonra o, 500-dən artıq layihə, o cümlədən Nyu-York şəhərində yerləşən Solomon R. Quqqenxeym muzeyini yadigar qoyub getmişdir.

Frenk%20Lloyd%20Rayt,

Dünyanın ən çox gəlir qazanan və yüksək əməkhaqqı ödənilən idmançılarından biri Tayqer Vuds Stenford universitetindəki təhsilini başa çatdırmaqdan imtina edib, çünki onun əsas məqsədi peşəkar qolf oyunçusu olmaq idi. Bu gün onun gəlirləri 100 milyon dollardan daha çoxdur.

Tayqer%20Vuds

 Bill Qeyts, bu gün dünyanın ən zəngin adamlarından biridir. Atası vəkil, anası isə pedaqoq olan Bill 1973-cu ilin payızında Harvard universitetinə daxil olur. Cəmi iki sonra o kolleci ataraq, özünün uşaqlıq dostu ilə birlikdə “Microsoft” kompaniyasının əsasını qoyur.

Bill%20Qeyts

Keçmiş dövrün dahi iqtisadçısı David Rikardo heç bir ali təhsil almasa da ölümündən sonra öz varislərinə 75 milyon funt miras qoya bilmişdir. Məsələ ondadır ki, o sadəcə uşaqlıqdan birja mühitində böyüyüb, təqribən 25-26 yaşlarında Rikardo artıq milyoner idi. Cəmi 12 ildən sonra isə, o ümumiyyətlə birja əməliyyatlarında iştirak etməyi dayandırır.

David%20Rikardo

Chanel firmasının uğuru isə onun əsasını qoymuş xanım – məşhur Qabriel “Koko” Bonxeer Şanelin adı ilə bağlıdır, bu xanımın nəinki iqtisadi təhsili olmayıb, o hətta peşəkar dərzilik məktəbinə belə getməyib “Koko” təxəllüsünü isə ona işlədiyi kabaredə veriblər. Buna baxmayaraq 20-ci əsrin əvvəllərində yaranmış Chanel dünyada moda mücəssəməsi hesab olunur, onun ən tanınmış məhsulu – məşhur Chanel №5 ətirləri isə bu gün də istehsal olunmasından və ilk dəfə satışa çıxdığı andan 80 ildən çox keçməsinə baxmayaraq, dünyanın ən çox satılan ətri olaraq qalır.

coco

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər