14 C
Baku
Tuesday, April 16, 2024

“Dünyanın ən yaxşı işi” vakansiyası

Şotlandiyanın Biddy Mulligans adlı barı viski dequstatoru vakansiyasını elan etmişdir.

Müvəqqəti ödənişsiz işin qarşılığında uğurlu namizədi çoxsaylı viski növünün dadına baxmaq və müəssisəyə menyunun hazırlanmasında kömək etmək gözləyir.

Dequstator vəzifəsini “dünyanın ən yaxşı işi” adlandıran bar nümayəndəsinin sözlərinə görə müəssisə içki mütəxəssisinə ehtiyac duyur. Bu mütəxəssis içkiləri çox sevən, maraqlı nümunələri seçməyi bacaran biri olmalıdır. Dequstasiya zamanı namizəddən hər təklif edilən nümunədn 2-4 qurtum almaq tələb olunur.

Bardan verilən məlumata görə, viski testeri vakansiyasına dünyanın müxtəlif ölkələrindən olan şəxslər namizəd ola bilər. Lakin namizədin nə qədər müddət ərzində işləyəcəyi bildirilmir.

Son xəbərlər
Digər xəbərlər