16 C
Baku
Thursday, March 28, 2024

Dünyanın ən yaxşı restoranları

Restaurant magazine 2013-cü il üçün dünyanın ən yaxşı restoranlarını müəyyən etmişdir. Siyahıya Gironada yerləşən məşhur kataloniyalı ailəyə məxsus – El Celler De Can Roca restoranı başçılıq edir. Bu restoran artıq ən yüksək mükafat hesab olunan Michelin-in 3 ulduzuna sahib olaraq son 8 ilin ən yaxşı restoranı hesab olunur.

Restoranı Xosep, Xordi və Xuan adlı qardaşlar idarə edirlər. Qardaşlar hələ uşaq vaxtlarından analarının bir fəhlə şəhərciyində yerləşən De Can adlı restoranında çalışaraq iş həyatına başlamışlar. 1986-cı ildə böyük qardaşlar analarının restoranının yaxınlığında şəxsi restoranlarını açmış, 2007-ci ildə isə xüsusi olaraq inşa edilmiş El Celler De Can Roca binasına köçmüşdülər. Hazırda bu bina onların həm də evləri hesab olunur.

Restoranın loqotipi “Üç baş, bir papaq” şəklindədir və bu da onların öz işlərində necə birlik təşkil etdiklərinin simvoludur. Qardaşlar restoranda işləri bölmüşlər və hər kəs məsuliyyətli olduğu işi yerinə yetirir. Böyük Qardaş Xuan – yüksək dərəcəli baş aşpaz, Xosep – baş sommelier, Xordi isə qənnadı sahəsində yenilikçidir.
El Celler De Can Roca öz müştərilərinə müasir ispan mətbəxinin nümunələrini təklif edir və burada krevet yeməyi şah əsər hesab olunur.

Qeyd edək ki, keçən il bu siyahıya Kopenhagendə skandinaviya mətbəxini təmsil edən Noma restoranı liderlik edirdi. Lakin bu il bu restoran ikinci yerdədir. Bundan başqa, siyahının ilk onluğunda İspaniyadan iki restoran daha vardır. Bunlar dördüncü yerdə olan Mugaritz və səkkizinci yerdə olan San-Sebastyandan Arzak restoranlarıdır.

Amerikanın yalnızca bir restoranının top-10-a düşməsi bir çox mütəxəssisləri heyrətə gətirdi. Huffington Post-un verdiyi məlumata əsasən Nyu-York da Eleven Madison Park reytingdə beşinci yerdə qərarlaşmışdır. Keçən il siyahıda 37-ci yerin sahibi Momofuku Ssam restoranı bu il siyahıda ümumiyyətlə yer almamışdır. Amerikanın siyahıya düşən digər restoranları kimi The French Laundry (47-ci yer), Daniel (29-cu yer), Le Bernardin (19-cu yer) və Alinea (15-ci yer) restoranlarını görmək mümkündür.

Qeyd edək ki, siyahını tərtib edən World’s 50 Best-2013-ün bütün dünyadan olan 900 mütəxəssisi mövcuddur.

Son xəbərlər
Digər xəbərlər