16 C
Baku
Saturday, April 27, 2024

Dünyanın ən yüksək gəlirli top-menecerləri elan edildi

Banker.az saytı xəbər verir ki, Bloomberg agentliyi dünyanın ən yüksək gəlirli top-menecerlərinin reytinqini nəşr edib.

Jet.com yaradıcısı 45 yaşlı Mark Lor reytinqə başçılıq edib. Keçən il ərzində Lor-un qazancı 236 milyon dollar təşkil edib. İkinci pillədə isə il ərzində 150 milyon dollar qazanan Apple şirkətinin icraçı direktoru Tim Kuk yer alıb.

Bloomberg siyahısına həmçinin Evercore Partners Inc. şirkətinin direktorlar şurasının sədri Con Vaynberg (124 milyon dollar), Google-un törəmə şirkəti olan Alphabet Inc.-in icraçı direktoru Sundar Piçai (106,5 milyon dollar) və Tesla Inc.-in icraçı direktoru Elon Musk (99,7 milyon dollar) da daxil olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər