16 C
Baku
Saturday, April 27, 2024

Dünyanın 400 ən zəngin insanı “Brexit”dən sonra 127,4 mlrd. dollar itirib

Dünyanın 400 ən zəngin insanı Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan (“Brexit”) bir gün sonra 127,4 mlrd. dollar itirib. “Bloomberg” agentliyinin milyarderlər reytinqində öz əksini tapıb.

Dünya fond indekslərində müşahidə olunan eniş dünyanın ən 400 ən zəngin biznesmeninin ümumi aktivlərinin 3% azalaraq 3,9 trln. dollara çatmasına səbəb olub.

Avropanın ən zəngin insanı olan Amansio Orteqa 1 gün ərzində 6 mlrd. dollar, dünyanın ən zəngini olan Bill Qeyts isə 2,4 mlrd. dollar itirib.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

Referendumun nəticələri dünya bazarlarını dalğalandırıb və demək olar ki, bütün aparıcı birjalar 3-10% eniş nümayiş etdirib. Funt sterlinq isə 1985-ci ilin minimumunu yeniləyib.

APA

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər