23 C
Baku
Tuesday, April 23, 2024

Dünyanın aparıcı şirkətlərinin biznes-strategiyaları

Müəllif: A.C.Striklend III, Alabama ştatının Universiteti yanında Ali Biznes Məktəbində strateji menecment professoru

Biznesin idarə edilməsinin əsasını onun strategiyasının işlənib hazırlanması, onun şirkətin spesifikasına adaptasiyası və onun reallaşdırılması təşkil edir.

Şirkətin strategiyası bazarda şirkətin mövqeyini möhkəmləndirməli və qüvvəərin koordinasiyasını, istehlakçıların cəlb edilməsini və tələblərinin ödənilməsini, uğurlu rəqabət və qlobal məqsədlərə nail olunmasını təmin edəcək idarəetmənin kompleks planıdır. 

Strategiyanın işlənib hazırlanması prosesi fəaliyyətin bütün mümkün inkişaf istiqamətlərinin ciddi öyrənilməsinə əsaslanır və ümumi istiqamətin seçilməsindən, bazarların mənimsənilməsindən, xidmət edilən tələblərə, rəqabət metodlarından, cəlb olunan resurslardan və biznes modellərindən ibarətdir. Başqa sözlə, strategiya şirkətin inyişaf yollarının, bazarların, rəqabət metodlarının və biznesin aparılmasını seçməsini bildirir.

Əgər strateji baxış şirkətin gələcək obrazını müəyyən edirsə, missiya şirkətin hansı mal və xidmətləri istehsal etməsi, onun müştərilirənin Kim olduğu, texnoloji və işgüzar imkanları kimi indiki fəaliyyətini təsvir edir. Şirkətlərin çoxu öz illik hesabatlarını missiyalarını daxil edib veb-saytlarda yerləşdirirlər. Missiya şirkətin inkişaf istiqaməti, gələcək fəaliyyəti və biznes-planları barədə heç nə demir. Beləliklə, strateji baxış şirkətin gələcəyini, missiya isə hazırkı dövrünü əks etdirir.

Strategiyanın işlənib hazrlanması, tətbiqi və reallaşdırılması menecmentin prioritet vəzifələridir, ona görə də şirkətin gələcəyini fəal formalaşdırmaq bacarığına qadir olan menecerlərə tələbat vardır. Menecerlər strategiya işləyib hazırlayır və şirkətin biznes modelinin seçilməsinə cavabdehdirlər. Strategiya məhsuldarlığın oriyentirlərini, rəqabət üstünlükləri haqda təsəvvür, alıcıların tələbatının ödənilməsi və yüksək məhsuldarlığa nail olma üçün hərəkət planı yaradır. Ciddi dürüstləşdirilmiş strategiya olmadan təşkilatın fəaliyyəti öz mahiyyətini, rəqabət qabiliyyətini itirir, daxili durğunluğa və nəticələrin pisləşməsinə doğru gedir. Bundan başqa, ayrı-ayrı menecer yarımbölmələrinin, şöbə və qruplarının hərəkətləri öz aralarında əlaqələndirilmiş bütöv bir tam olmaladır, belə ki, ali menecment şirkətin bütün yarımbölmələrinin işini – KİETŞ, istehsal, marketinq, müştərilərə xidmət, kadrlar, informasiya texnologiyaları, maliyyə işlərini uzlaşdırmalıdır.

Bütün müəssisə üçün vhid strategiya – təşkilatın müxtəlif yarımbölmələrinin hərəkət və qərarlarının vahid məqsədyönlü qüvvədə birləşməsi üçün baza məhz budur. Strategiya yoxdursa, menecment mənfəəti təmin edəcək biznes-modeli müəyyən edə bilməz.

Daha uğurlu fəaliyyət göstərən şirkətlərin strategiyalarına nümunələr çcnoşmşi.

Strateji görmə və missiyanın ifadə nümunələri

Microsoft Corporation — proqramm təminatı istehsalı

Uzun illər Microsoftun fəaliyyəti aşağıdakı strateji görmə ilə müəyyən edilmişdir: «Kompüter hər evdə, hər iş masasında üstəgəl ən yaxşı proqram təminatı». Lakin İnternetin meydana \əlməsi və personal kompüterlərdən fərqli elektron qurğuların, məsələn, cib kalkulyatorlarının və televizorlar üçün əlavələrin geniş yayılması 1999-cu ildə Microsoftu bu qabaqdangörməni belə genişləndirməyə vadar etdi: «İstənilən vaxtda, istənilən yerdə, istənilən qurğuda ən yaxşı proqram təminatının köməyilə yeni imkanların təmin edilməsi».

Intel — PK (personal kompüterlər) üçün prosessor istehsalı

«Bizim görmə: İnternetə qoşulma ilə milyardlarla kompüter, milyonlarla server, elektron ticarətdən trilyonlarla dollar mənfəət. İntel-in missiyası – İnternet-iqtisadiyyatda ən mühüi tədarükçü rolunun saxlanması və İnternetin səmərəliliyinin yüksəldilməsi üzrə bütün qüvvələrə kömək. Bu gün kompüterlərdə ən başlıcası – İnternetdir. Biz personal kompüterlərin və İnternetin imkanlarını genişləndiririk».

Otis Elevator — lift istehsalı

«Bizim missiya – bütün müştərilərə insanları və yükləri yuxarı və aşağı, yan tərəflərə, məhdud məsafələrə heç bir başqa şirkətin təmin etməyəcəyi kimi etibarla çatdırma vasitələrini təqdim etmək».

Avis rent-a-car — avtomobillərin icarəyə verilməsi

«Bizim biznes – avtomobillərin icarəyə verilməsidir. Bizim missiya – müştərini tam təmin etməkdir».

Trader Joe’s
— bakaleya mağazaları şəbəkəsi

«Trader Joe’s-un missiyası – yüksək keyfiyyətli mal və içkmlərin satışı, obyektiv informasiya, yüksək xidmət standartları, dost münasibət, fərdi yanaşma, korporativ ruh».

Amerika Qırmızı Xaçı

«Amerika Qırmızı Xaçının missiyası – insan həyatının keyfiyyətini yaxşılaşdırmaq; insanlarda öz qüvvəsinə inam inkişaf etdirmək və məsuliyyət tərbiyə etmək; biz insanlara bədbəxt hadisələrdən yan keçməyi və eyni zamanda hazır olmağı, ilkin yardım göstərməyi öyrədirik».

3COM

«3COM-un missiyası — fərdi və korporativ istifadəçiləri müasir, sadə və etibarlı qurğuların köməyilə informasiya mənbələrinə qoşmaq. Biz qlobal kompüterləşməni belə görürük – İnternetə qoşulma daha asan, daha əlyetərli və daha ucuz olan dünya».

Eastman Kodak

«Biz foto edirik».

Ritz-Carlton-un otellər şəbəkəsi

«Missiə seti oteley Ritz-Carlton otelləri şəbəkəsinin missiyası –hər bir qonağa maksimum rahatlığı təmin edirik və yorulmadan qayğı göstəririk».

«Biz öz qonaqlarımızı fərdi xidmətlə, rahatlıqla, sakit və gözəl şəraitlə təmin edirik».

«Böyük təcrübə sayəsində Ritz-Carlton otellər şəbəkəsinin işçi heyəti rahatlıq və firavanlıq atmosferi yaradır, qonaqarının hətta dilinə gətirmədiyi arzularını yerinə yetirir».

Long John Silver’s

«Bizim görmə: Amerikada ən tez xidmət g.stərən restoranlar şəbəkəsinə çevrilmək. Biz hər bir qonağa dadlı, sağlam və baha olmayan balıq, dəniz məhsulları və cücədən hazırlanmış yeməklər təklif edir, tez və nəzakətlə xidmət göstəririk».

Bristol-Myers Squibb

«Bristol-Myers Squibb-in missiyası – yüksək keyfiyyətli sanitar-gigiyenik vasitələrin köməyi ilə həyat keyfiyyətini yaxşılaşdırmaq. Məqsədimiz – bu sahədə dünya lideri olmaqdır».

Strateji və maliyyə məqsədləri – sahədə təşkilatın mövqeyinin möhkəmləndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsi; maliyyə məqsədləri – planlaşdırılmış maliyyə göstəriciləridir.

STRATEJI VƏ MALIYYƏ MƏQSƏDLƏRI NÜMUNƏLƏRI

Banc One Corporation (strateji məqsəd)

«Maliyyə bazarı liderlərinin üçlüyündə daim olmaq».

Domino’s Pizza (strateji məqsəd)

«Sifariş verildikdən sonra 30 dəqiqədən gec olmayaraq isti pissanın çatdırılması. Səmərəli qiymətlər, yetərli mənfəət».

Ford Motor Company (strateji məqsəd)

«Müştərilərimizin tələblərini keyfiyyətli minik və yük avtomobillərinin tədarükü hesabına, üeni məhsul növlərinin işlənib hazırlanması, yeni nəqliyyat vasitələrinin sənayedə tətbiqi vaxtının azaldılması, bütün müəssisələrin və istehsal proseslərinin səmərəliliyinin yüksəldilməsi, işçilərlə, həmkarlar ittifaqları, dilerlər və tədarükçülərlə tərəfdaşlıq münasibətlərinin yaradılması hesabına ödəmək»

Alcan Aluminum (strateji və maliyyə məqsədləri)

«Maksimum minimal xərclərlə alüminium istehsal etmək, Standard and Poor indeksini orta göstəricidən yuksəkdə saxlamaq. (Standard and Poor Nyu-York fond birjasında 500 daha fəal alınan səhmlərin indeksidir)».

Bristol-Myers Squibb (strateji məqsəd)

«Qüvvələrimizi istehsalında birinci və ya ikinci yer tutduğumuz sanitar-gigiyenik malların qlobal miqyaslarında cəmləşdirmək, istehlakçıları ən keyfiyyətli mallarla təmin etmək».

Atlas Corporation (strateji məqsəd)

«Orta miqyaslı, aşağı məsrəfli qızılçıxarma şirkəti olmaq, ildə 3735,5 kq qızıl çıxarmaq və 424,5 t qızıl ehtiyatı yaratmaq»

ZM Corporation maliyyə və strateji məqsədləri)

«Hər səhm üçün orta illik mənfəət artımının minimum 10%-nə, səhm kapitalının mənfəətliliyinə – 20-25%, cəlb olunmuş kapitalın rentabelliyinə – 27%-dən az olmayaraq nail olmaq, satılan məhsulun ən azı 30%-i son 4 il ərzində istehsal olunmalıdır».

Biznesin strategiyasının və inkişafının formalaşması vərdişləri «Uğurlu biznes strategiyaları» kursları blokunda öyrənilir. Xüsusi aksiya keçirilməsi zamanı sınaq kursunu öyrənib özünüz üçün məsafədən təhsilin faydalılığına əmin olun. Aksiyanın bütün iştirakçıları tam tədris proqramına daxil olmaq üçün güzəştlər əldə edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər