22 C
Baku
Thursday, April 25, 2024

Dünyanın “çiçəklənən ölkələri” elan edildi

Legatum britaniya institunun “çiçəklənmə indeksinin” sübut etdiyinə görə, Norveç, İsveçrə və Kanada öz rifahına, iqtisadi artımına və həyat səviyyəsinə görə planetin bütün ölkələrindən irəlidədirlər.

“Çiçəklənmə indeksinə” görə lider ölkələr:

01 Norveç
02 İsveçrə
03 Kanada
04 İsveç
05 Yeni Zellandiya
06 Danimarka
07 Avstraliya
08 Finlandiya
09 Hollandiya
10 Lüksemburq

İlk onluğa daxil olan ölkələrin 7-si Avropada yerləşir. Norveç artıq bir ildir ki, Legatum reytinqində öz yerini qoruyub saxlayır. Sorğuda iştirak edənlərin 90,2%-i bu ölkəni immiqrantlar üçün ən yaxşı ölkə hesab edirlər.

Norveç ilə yanaşı, ən güclü iqtisadiyyata sahib ölkələr reytinqinə İsveçrə, Sinqapur, Kanada və Yaponiya da daxildir. Ən təhlükəsiz ölkələr isə Honq Konq, İslandiya, İsveç, Finlandiya və İrlandiya elan edildi.

Legatum analitikləri bu ölkələrə immiqrasiya etməyi məsləhət görürlər:

Biznes aparmaq üçün: İsveç, Danimarka, Finlandiya, İsveçrə, Lüksemburq.

Təhsil almaq üçün: Yeni Zellandiya, Avstraliya, Kanada, Norveç, ABŞ.

Müalicə almaq üçün: Lüksemburq, ABŞ, İsveçrə, Almaniya, Norveç.

Ümumilikdə reytinqdə ABŞ 11, Böyük Britaniya 16, Rusiya isə 61-ci pillədə yer almışdır.

Reytinqin son onluğunda yerləşən ölkələrin isə 7-si Afrikada yerləşir. Çiçəklənmə səviyyəsinə görə təşkil edilmiş reytinqdə ən aşağı səviyyədə olan ölkələr Çad, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Əfqanıstan və Burundi dövləti olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər