21 C
Baku
Tuesday, April 16, 2024

Dünyanın nəhəng banklarının rəhbərləri nə qədər qazanır?

Dünyada ən yüksək qazanc əldə edən bankirlər ABŞ-ın nəhəng maliyyə təşkilatlarının rəhbərləridir. 

Equilar və The Financial Times nəşrlərinin apardığı birgə araşdırmaya əsasən, nəhəng Amerika banklarının CEO-larının əmək haqqları 10% artmışdır. İndi ABŞ banklarının rəhbərləri öz avropalı kolleqalarından demək olar ki, iki dəfə daha çox gəlir əldə edirlər.

Ümumilikdə 2015-ci ildə Avropanın, Amerikanın, Kanadanın və Avstraliyanın nəhəng banklarının rəhbərlərinin əmək haqqları 2014-cü il ilə müqayisədə (0,5%) 10 dəfə artaraq 7,6% artmışdır. Beləliklə, 2015-ci ildə ABŞ-ın nəhəng banklarının rəhbərlərinin gəlirləri orta hədlə 13,1 milyon dollar təşkil etmişdir. 11 avropalı bankın CEO-ları arasında bu göstərici bir qədər aşağıdır və 10,4 milyon dollar təşkil edir.

JPMorgan Chase, Goldman Sachs, Citi, Wells Fargo, Bank of America və Morgan Stanley kimi ABŞ-ın uğurlu banklarının CEO-larının əmək haqqları orta hədlə 20,7 milyon dollara çatır. Dünyada ən yüksək gəlirli bankir adına isə JP Morgan bankının rəhbəri Ceymi Daymon sahib oldu. Onun əmək haqqısı keçən il 27,6 milyon dollar təşkil edib. Daymonun əmək haqqısı 2014-cü il ilə müqayisədə 36% artmışdır.

Avropada isə ən yüksək gəlirli bank rəhbəri adına Standard Chartered Bill Uinters layiq görülüb. Belə ki, onun əldə etdiyi əmək haqqı 22,4 milyon dollar təşkil edir. Onun ardınca isə 2015-ci ildə 21,1 milyon dollar əldə edən Credit Suisse rəhbəri Tican Tiam gəlir.

Bundan əlavə, son olaraq aparılan araşdırmaya əsasən, bankirlər əmindirlər ki, onların biznesinin 23%-i FinTech sahəsində növbəti innovasiyalar fonunda təhlükə altında qala bilər. Onların fikrincə, dəyişikliklərin əksər hissəsi ənənəvi bankçılıq və ödəniş sahəsində gözlənilir.

Son xəbərlər
Digər xəbərlər