15 C
Baku
Friday, April 26, 2024

Dünyanın nəhəng neft şirkətlərinin borcu 184 milyard dollara çatdı

Banker.az saytının The Wall Street Journal-a istinadən verdiyi xəbərə görə, dünyanın nəhəng energetika şirkətləri olan Exxon Mobil, Royal Dutch Shell, BP və Chevron-un borc həcmi neft qiymətlərinin enməsi fonunda rekord səviyyə olan 184 milyard dollara çatdı.

Bu göstərici neft qiymətlərinin enməyə başladığı 2014-cü ilin səviyyəsindən 2 dəfə çoxdur. Qeyd edək ki, 2014-cü ildən keçən ilin sonuna qədər Brent markalı neftin 1 barrelinin qiyməti 115 dollardan 36 dollara endi. Bu il isə bu enmə hətta 30 dollardan da aşağıdır.

BP, Shell, Exxon və Chevron şirkətlərinin rəhbərləri investorları inandırmağa çalışır ki, onlar yeni investisiya və dividendlər üçün 2017-ci ildə kifayət qədər vəsait əldə edəcəklər. Lakin bəzi səhmdarlar bu məsələyə şübhə ilə yanaşır.

Yeni layihə və cari əməliyyatlara investisiyalarda milyardlarla dollar ixtisar edilməsinə baxmayaraq, şirkətlərin borcları artmağa davam edir. Kredit ödənişləri uzun illər ərzində şirkətlərin göstəricilərinə mənfi təsir göstərə və investisiyaları həyata keçirməyə əngəl törədə bilər.

Qeyd edək ki, bu ilin ikinci rübünün nəticələrinə əsasən Shell şirkətinin borcu 75 milyard dollara çatıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər