16 C
Baku
Thursday, April 25, 2024

Dünyanın qeyri-adi muzeyləri

Dünyanın ən məşhur qazlı içki muzeyi elə onun öz vətənində, yəni Atlantda yerləşir. Mahiyyətcə demək olar ki, şəhər özü bütövlükdə biz muzeydir- hər tin boyu uşaqlıqdan bəri bizə yaxşı tanış olan içki avtomatı ilə qarşılaşmaq olar.  

Bilavasitə  World of Coca-Cola muzeyinə gəldikdə isə onun əsası 1991-ci ildə qoyulmuş, 2007-ci ildə isə onu yeni məkana köçürmüşlər.  Muzeyin ziyarətçiləri içkinin müxtəlif dövrlərdə istehsal olunmuş çeşidlərini və onun reklamlarını görə bilərlər (xatırladaq ki, bu şirin qazlı suyun özünü isə 1886-ci ildə ixtira etmişlər).  Muzeydə həmçinin kompaniyanın müxtəlif ölkələrdə  hazırlanan içkilərinin dadına da baxmaq olar ( bu sırada cəmi 64 ölkə adı var). Əlbəttə bütün bunlar Coca-Colanın reklam single-larının musiqisi ilə müşayiət olunur.

Muzeyə ildə 1 milyondan artıq insan baş çəkir. Bura əsasən məktəblilər daxildir. Onları bura böyük avtobuslarda- sanki pionerləri lager düşərgəsinə aparırmış kimi gətirirlər.

mcdonalds%2011955-ci ildə İllinoysda ilk sürətli qidalanma restoranı McDonalds işə başlamışdır. Məhz həmin yer fastfood şəbəkəsinin muzeyinə çevrilmişdir. Restoran axırıncı dəfə öz tərtibatını 1984-cü ildə dəyişmişdir. Amma yeməkləri burda yenə də «köhnə qayda» ilə – məsələn, ötən əsrin ortalarında kartof doğramaq və ya kokteyl qarışdırmaq üçün olan əl alətlərindən istifadə etməklə hazırlayırlar.

Nord Hanqtinqtonda (Pensilvaniya ştatı) isə nəhəng və əcaib Big Mackın muzeyini ziyarət etmək olar. Burda ziyarətçilərə bu burqerin (hamburger) tarixi və onun 20-ci əsrin pop-mədəniyyətinin yaranmasında oynadığı rolu haqq məlumat verirlər. Əksər «maklar» kimi, bu müəssisdə sutkanın 24 saatı ərzində açıq olur.

mercedes%20benz%203Mercedes Benz-in muzeyi Almaniyanın Ştutqart şəhərində yerləşir. Muzeyin binası 2006-ci ildə üçyarpaqlı yonca formasında tikilmişdir (rəvayətlərə əsasən üçyarpaqlı yonca onu tapan şəxsə uğur gətirir). Buna baxmayaraq bina xaricdən daha çox kosmik gəmini xatırladır. Eksponatlar sırasına isə ən müxtəlif mərhələlərdə istifadəyə verilmiş və ya yaradılmış 160 avtomobil markası daxildir.

Bir sözlə, bura əsl maşın həvəskarlarının yeridir (bir şərtlə ki, onlar bu alman markasına həqiqətən də sadiq olsunlar). Yeri gəlmişkən, burda həmçinin uşaqlar üçün təhsillə bağlı tədbirlər və bayramlar keçirilir. Muzeyi görməkdən ötrü Almaniyaya getmək istəməyənlər isə virtual səyahət də həyata keçirə bilər.

nestle%201Qırmızı şüşədən düzəlmiş işıqsaçan tunel – San Paulo və Rio-de-Janeyro trasının altında yerləşən Nestle şokoladının muzeyi məhz belə görünür. Bu layihəni braziliyalı arxitektorlar Arquitetos Associados metrosundan düzəltmişlər və ən azından onların əldə etdiyi ən vacib nəticələrdən biri odur ki, buru qurğunu görməmək mümkün deyil.

Tunel şokolad fabrikinin ərazisindən keçir və elə şüşədən ziyarətçilər şirniyyat məmulatlarının necə hazırlanmasını müşahidə edə bilərlər.

disney%2012Çətin ki, planetdə elə bir uşaq tapılar ki, bu yerdə olmaqdan imtina etsin. Müasir uşaqlara həsəd aparmağa dəyər. Təbii ki onların valideynləri də, Supərisi və Ələddin haqqında nağıllara qulaq asaraq böyümüşlər. Amma ki San-Fransiskoda yerləşən Disney muzeyi isə lap yaxınlarda, 2009-cu ildə açılıb.

Amma digər tərəfdən yanaşsaq bura elə böyüklərin də xoşuna gəlməlidir məşhur animasiya filmlərinin müxtəlif fraqmentlərinin, həmçinin personajlarının yığımından əlavə ( o cümlədən ilk tam metrajlı Hollivud cizgi filmi olan «Ağbəniz və yeddi cırtdan»), burda Disneyin və onun yaxınlarının şəxsi əşyalarını da görmək mümkündür. Bir sözlə bu 20-ci əsr tarixinə məşhur ailənin gözləri ilə nəzər salmağa əsl imkan verir.

apple%20museum%2022012-ci ildə İtaliyanın Savona universitetinin binalarından birində hamının sevimlisi olan yeni texnoloji avadanlıqlar istehsalının lideri Apple-ın muzeyi açılacaq. Muzeyin ekspozisiyasının əsas hissəsini Alessio Ferraronun kolleksiyası təşkil edəcək. Alesio  2002-ci ildən bəri sıradan çıxmış kompüterləri toplayır. Kolleksiyaya 7000-dən çox eksponat daxildir-və ən təəccüblüsü isə odur ki, o Apple nümayəndələri tərəfindən rəsmi şəkildə tanınmışdır.

Muzeyin sahəsi 200 kvadrat metri əhatə edir ki, məhz bu qədər ərazi bütün sərgi eksponatlarını yerləşdirməyə kifayət edir.

Yeri gəlmişkən, bundan əlavə virtual muzeydə mövcuddur ki, o elə indidən fəaliyyət göstərir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər