Dünyanın qızılı ən çox sevən ölkələri

Əsrlər öncə qızıl zinət əşyaları varlılar üçün ən yaxşı hədiyyə və bəzək əşyası hesab olunurdu. Bu ənənə bu gün də qüvvədədir. Dünyanın bir çox ölkələrində ad günlərində, toylarda və yaxud bayramlarda qızıl zinət əşyası hədiyyə etmək müsbət qarşılanan təşəbbüsdür.

Banker.az saytı dünyada qızıldan ən çox istifadə edən on ölkəni təqdim edir.

Qeyd edək ki, məlumatlar Thomson Reuters şirkəti tərəfindən təşkil edilən GFMS Gold Survey illik hesabatından alınmışdır. Sözügedən bu hesabatda dünya qızıl bazarının 2016-cı ildəki vəziyyəti təsvir edilib.

  1. Misir


27,9 metrik ton

Hələ bizim eradan XIII əsrdə Misirdə üzərində qızıl yataqlarının qeyd edildiyi ilk topoqrafik xəritə yaradılmışdı. Misirlilər qızılı o dərəcədə sevirdilər ki, onu “Tanrıların əti” adlandırırdılar. Misir sakinləri qızılı indi də sevirlər.

9. Rusiya


30,2 metrik ton


Rusiya Mərkəzi bankı son illər ərzində ən nəhəng qızıl alıcılarından biri oldu. Belə ki, Mərkəzi bank ölkənin milli valyutasını dəstəkləməyə çalışır. Bununla yanaşı, Rusiyada fərdi şəxslər də qızılı çox sevir və onlar 2016-cı ildə 30,2 ton qızıl alıblar.

8. İndoneziya


34,2 metrik ton

Nəhəng məşhur qızıl ehtiyatları və təqribən 18 min insanın işlədiyi nəhəng qızıl hasil edən Grasberg layihəsi məhz İndoneziyada yerləşir.

Bu ölkənin sakinləri nəinki qızıl hasil edir, həmçinin qızıl almağı və bir-birinə hədiyyə etməyi də çox sevir.

7. Səudiyyə Ərəbistanı


38,1 metrik ton

Bu İslam ölkəsində uzun müddət qızıl külçələrinə yatırım etmək qadağan idi. Lakin 2016-cı ilin dekabr ayında bu metala investisiya etməyə icazə verildiyi elan edildi.

6. Türkiyə


39,7 metrik ton

İyul ayında Türkiyədə 1995-ci ildə Borsa Istanbul Precious Metals Markets yaradıldığı gündən bu günə qədər ay ərzində rekord həcmdə qızıl idxal edildi.

5. İran


39,7 metrik ton

İran 2016-cı ildə dünyanın qızıl zinət əşyaları alan beşinci nəhəng ölkəsi adını qazandı.

4. BƏƏ


46,2 metrik ton

Dubay bütün dünyada “qızıl” paytaxtı kimi məşhurdur və dünyanın hər yerindən buraya qızıl zinət əşyaları almaq üçün gəlinir. Burada zövqünüzcə olan bəzək əşyasını ala biləcəyiniz 300-dən çox mağaza var.

  1. ABŞ


138,2 metrik ton

Nə qədər təəccüblü səslənsə də, amerikalılar qızıl zinət əşyaları almağı sevən xalqlar içərisində ön pillədədirlər.

  1. Hindistan


463,1 metrik ton

Hindistanın qızıla qarşı duyduğu sevgi hissinin kökləri çox dərinə gedib çıxır. Hazırda hindlilər qızıl almağı sevir və qiymətləndirmələrə görə, hind təsərrüfatının payına 24 min ton qızıl düşür. Hətta belə bir deyim mövcuddur ki, Hindistanda qızılsız toy, toy deyil.

1. Çin


612,5 metrik ton

Çin 2016-cı ildə Hindistan və ABŞ birlikdə nəzərə alınmaqla, hər iki ölkədən daha çox zinət əşyası alıb. Bu onunla əlaqədardır ki, ölkədə elit hədiyyələrə pul xərcləyən varlı şəxslərin sayı artır.

McKinsey & Company şirkətinin analitiklərinin proqnozuna əsasən, 2025-ci ildə dünya elit məhsullar bazarının 44%-i Çinin payına düşəcək ki, bunun da bir hissəsini qızıl təşkil edir.