26 C
Baku
Saturday, April 20, 2024

Dünyanın yeddinci möcuzəsi

Xeops ehramı – dünyanın yeddinci möcuzəsi və Misirin ən böyük piramidalarından biri hesab edilir. Bu nəhəng piramidanın memarı isə Xeopsun vəziri Xemiun hesab edilir. O həmçinin “fironun bütün tikintilərini idarə edən” titulunu daşıyırdı. Üç min ildən artıq bir vaxtda piramida Yer kürəsinin ən böyük tikilisi hesab edilirdi.

Gümanlara əsasən, piramidanın tikintisi 20 il ərzində davam etmiş və b.e.ə. 2540-cı ildə başa çatmışdır. Misirdə piramidanın inşa tarixi rəsmi olaraq qeyd edilir – bizim eradan əvvəl 23 avqust 2470-ci il.

İlk vaxtlarda piramidanın hündürlüyü 146,6 metr idi. Lakin zaman acımasızca bu möhtəşəm tikilinin 7 metr 85 santimetrini azaltmışdır. Hazırda isə piramidanın hündürlüyü 138 metr 75 santimetrdir.

Bu gün turistlər piramidanın içərisinə 17 metrlik keçid vasitəsilə daxil olurlar. Bu keçid 820-ci ildə xəlifə Əbu Cəfər əl-Mamun tərəfindən hazırlanmışdı. O buradan fironun sonsuz xəzinəsini əldə etmək niyyətində idi, lakin onun aşkarladığı yalnızca qalın toz qatı idi.

Piramidaya nəzər saldıqda qədim memarların əl işləri böyük təəccüb doğurur. Bu ehramın inşasında 2,3 milyon daş blokundan istifadə olunmuşdur və bu daşlardan cəmi birinin ağırlığı 2,5 tona bərabərdir. XII əsr tarixçisi Abdel Lətifin sözlərinə görə, daşlar bir-birinə elə sıx bərkidilmişdir ki, blokların arasına hətta çox nazik ülgücü belə salmaq mümkün deyil. Qısası, arzusunda olan istənilən insan bütün bunları öz gözləri ilə görə bilər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər