19 C
Baku
Tuesday, April 16, 2024

Düzgün ixtisas seçimi

İxtisas seçimini neçə düzgün şəkildə həyata keçirmək olar? Ümumilikdə ixtisas seçimi yeniyetmə yaşlarında baş tutur. Bu dövr ən ziddiyyətli və heç də sadə olmayan dövrdür. Həmçinin uşaqlar bu yaşda uşaqların fikirləri müxtəlif istiqamətlər üzrə yayılmış vəziyyətdə olur və onların bir çox məktəb fənlərindən xoşları gəlir. Nəticədə, müxtəliflik içərisində dolaşıb qalmış şagirdlər gələcəkdə daha asan oxuya biləcəkləri ixtisasları seçirlər. Bəs düzgün ixtisası neçə seçmək olar:

Adətən valideynlər yeniyetmələrə seçim etməkdə kömək edirlər. Böyüklər bu suala məntiqlə yanaşırlar, buna görə də onlar tələbat olan, prestijli, yüksək əmək haqqılı ixtisaslar təklif edirlər. Bununla əlaqədar olaraq bir çoxları hüquq və iqtisadiyyatla bağlı fakultələrə qəbul olmağa cəhd edir və  belə güman edirlər ki, bu gələcəkdə onların maddi rifahını yüksəldəcək. Əslində isə hər bir peşə sahibi ixtisasının mütəxəssisi ola və varlana bilər. Buraya həm iqtisadçı, həm musiqiçi, həm də rəssam daxildir. Valideynlərin məntiqli təkliflərindən uzaqlaşaraq özününüz nə istədiyiniz barədə düşünün. “Prestijlidir”, “faydalıdır” və s. bu tipli sözlərdən uzaq olun.

Yadda saxlayın ki, bütün ixtisaslar lazımlı və faydalıdır. Lakin bütün bu ixtisaslardan biri sizə daha yaxındır. Nəyə qarşı istedadınızın olduğunu aşkara çıxarmaq lazımdır. Yəqin ki, məktəbdə siz də hər hansı bacarıq və qabiliyyətinizə görə digər şagirdlərdən fərqlənməyi bacarırdınız. Belə isə, özünüzə bu sualla müraciət edin: “Mənim istedadım nəyə qarşıdır?”.

Üç xüsusiyyət – üç tapmacadır. Sizi xarakterizə edən üç əsas keyfiyyətinizi müəyyən edin. Ola bilsin, bu təhlil metodu sizi axtardığınız cavaba doğru aparacaq. Xarakterinizin bir xüsusiyyətini deyil, üçünü birlikdə təhlil edin. Məntiqinizin səsi bu mümkün deyil deyə səslənə bilmədiyi zamanlarda, uşaq olarkən nəyi arzu edirdiniz? Güclü olmağı və hər kəsə qalib gəlməyi arzu edirdiniz? Ola bilsin, siz gələcəyin idmançısısınız. İnsan peşəsinə qarşı sevgi, həvəslə işləmədikdə çətin ki, işdə böyük uğurlara nail olsun. O adi, sıradan bir işçi olaraq qalacaq. Lakin insan arzusunda olduğu ixtisası seçdikdə nəinki yüksək nəticələrə nail olacaq, həmçinin işdə cərimələnmiş bir şəxs kimi də əzab çəkməyəcək. Arzulayın və arzunuza doğru gedin!

Əgər məntiqinizin səsi daha çox tələbatın olduğu peşəni seçməyinizi tələb edirsə, 10 ildən sonra hansı peşəyə daha çox tələbatın olacağını aydınlaşdırın.  Ola bilsin ki, bu seçiminizlə uzun illər boyu özünüzü təmin edə bildiniz. İnsanlar sizinlə eyni addımlaya bilər, lakin sizi ötüb keçə bilməzlər. Valideynləriniz sizə göstərdiyi deyil, öz yolunuzla gedin. Bir çoxları valideynlərinin təklif etdiyi ixtisasları seçirlər. Bəs gələcəkdə bu ixtisasda kim işləyəcək? Başqalarının arzularını reallaşdırmayın. Əksər insanlar uğur qazanmış insanların həyat tarixçələrini oxuyaraq onları özlərinə kumir olaraq seçir və onların uğurlarını təkrarlamağa çalışırlar. Uğur qazanmış insanların tarixçələrini oxuyun. Ola bilsin onlar sizə motivasiya qazandıracaq və nə istədiyinizi onlar sizə deyəcək. İxtisas seçərkən, onu özünüzə görə seçin. Ola bilsin, gələcəyin ən yaxşı mütəxəssisi sizsiniz. Arzulamaqdan qorxmayın!!!

Son xəbərlər
Digər xəbərlər