26 C
Baku
Saturday, April 20, 2024

E – Həyat

1.    Giriş

“Nə bir xidmət еtmişsəniz millətə
Bütün bəstədir iş bu bir saətə!”

–    Mirzə Ələkbər Sabir  (Şahnamə / 1909-cu il

Dövr dəyişdikcə insanlar istər fərd, istərsə də cəmiyyət şəklində bu dövrə ayaq uydurmaq zərurətindədirlər. İyirmi il öncəki ilə hazırkı dünya sözsüz ki, kəskin fərqlənir. Texnologiyanın sürətli inkişafı insan əməyinin maksimum qənaətinə xidmət edir. Əvvəllər texnoloji yeniliklər biznes, istehsalat sahəsində cəlbedici idisə, sonradan  xidmət sahələrində, dövlət strukturlarında geniş tətbiqini tapacaqdı. Günümüzdə inkişaf etmiş və inkişafda olan dövlətlər vətəndaşlarına elektron dövlət xidmətini təmin edirlər.

2.    E – Dövlət nədir

3eh

Elektron hökumət anlayışı 1990-cı illərin sonunda ortaya çıxsa da kompüterin hökumətdə tətbiqi ilk kompüterin tarixinə qədər gedib çıxır. Əvvəllər informasiya texnologiyalarının hökumətdə tətbiqi dedikdə  dövlət strukturlarının kompüterləşməsi nəzərdə tutulurdusa, hazırda istifadə edilən E-Hökumət termini dövlətin əhaliyə göstərdiyi elektron xidmətləri nəzərdə tutur. Əhalinin kommunal ödəmələrini, sənədləşmə prosedurlarını, qeydiyyatlarını, seçkilərdə səsvermələrini, ərizə və müraciətlərini elektron platforma üzərindən həyata keçirmələrini elektron hökumətin xidmətlərinə nümunə göstərmək olar.

3.    E – Hökumət bizə nələri təqdim edir və dövlətin E – Xidmətdə marağı

Elektron hökumət bizə dövlət qurumlarının müxtəlif sahələrində müxtəlif əməliyyatların elektronlaşdırılmasını təqdim edir. O cümlədən Azərbaycan Respublikası da gənc və inkişaf yolu tutmuş dövlət kimi vətəndaşlarına elektron dövlət xidmətini təmin edir. Nümunə üçün dövlətimizin bizə təqdim etdiyi aşağıdakı elektron xidmətləri sadalaya bilərik:

–    Sosial müdafiə fondunun pensiya və sığorta əməliyyatları
–    Rabitə və informasiya texnologiyaları sahəsində telefon və poçt xidmətləri
–    Vergi xidmətləri
–    Təhsil sahəsində şagirdlər, müəllimlər, diplom və s. sənədlər haqda məlumatların əldə edilməsi
–    Statistika sahəsində hesabat və nəşrlərin paylaşımı
–    Səhiyyə sahəsində tibbi müəssisələr və dərman vasitələri haqda məlumatlar və s..

4ehAzərbaycanda xidmətin asanlaşdırılması, əhalini dövlət qurumlarının sürətli xidməti ilə təmin etmək üçün dövlətimiz günü-gündən irəliyə yeni müsbət addımlar atır. Son zamanda yaradılmış “Asan Xidmət” məntəqələri bu sahədə yaradılmış böyük xidmətdir. Hər gün bu məntəqələrdə onlarla insan istənilən dövlət qurumları ilə bağlı əməliyyatları cuzi dövlət rüsumu ödəməklə minimal vaxtda icra edir.

Elektron xidmətlər cəmiyyətin şəffaf formalaşmasında da rol oynayır. Hansısa şəxslə ünsiyyətdə olmadan, növbə gözləmədən onlayn platforma üzərindən icra edilən əməliyyatlar, ödəmələr, müraciətlər həm korrupsiya, “tanışlıq” kimi neqativ halların qarşısını alır, həm də vaxta və enerjiyə qənaət edir. Beləliklə, e-xidmətin əhəmiyyətini təmin etdiyi xidmətlərdən asanlıqla görə bilərik:

–    Dövlət xidmətlərinin əhaliyə daha asan və sürətli şəkildə çatdırılması
–    Daha yaxşı və mərkəzləşdirilmiş idarəetmə sistemi
–    Məlumatın asan əldəedirliliyi
–    Məlumatın təhlükəsizliyi
–    Xidmət zamanı şəffaflıq
–    Bütün sahələrdə yüksək keyfiyyətli və bərabərsəviyyəli xidmət imkanı və s..

Əhaliylə yanaşı, təbii ki, dövlətin də elektron xidmətdə marağı, yararları, hədəfləri mövcuddur. Nümunə üçün aşağıdakıları sadalaya bilərik:

–    Dövlət qurumlarını daha çevik, aktiv hala gətirmək
–    Daxili səmərəliliyi və xidmət səviyyəsini yüksəltmək
–    Şəffaflığı təmin etmək
–    Daha çox xidmət yönümlü olmaq
–    Əməliyyat xərclərini azaltmaq
–    Əhalinin hökumət barədə düşüncələrini müsbətə doğru dəyişmək
–    Yeni inkişaf mənbələrini inkişaf etdirmək və təhlükəsizlik qüsurlarını azaltmaq və s..

4.    E – Xidmətin gələcəyi

“Ehtiyyac bütün ixtiraların var olma səbəbidir” fikrində də bildirildiyi kimi e-xidmət də ehtiyyac nəticəsində meydana gəlmiş bir vasitədir. Və hər bir ehtiyyac kimi e-xidmətin də gələcəkdə daha geniş bir şəkildə istifadəsi realdır. Bunu həm ölkəmizin inkişaf tempinə, həm də e-xidmətdən hal-hazırda geniş şəkildə istifadə olunan dövlətlərin keçdiyi proseslərə baxaraq asanlıqla deyə bilərik.

Xüsusən də, əhalisinin böyük potensialı gənclərdən təşkil olunmuş respublikamız üçün elektron xidmətlər tələbolunandır və vacibdir ki, dövlətimiz də bunu vətəndaşlarına təmin edir. Elektron hökümətin veb səhifəsinin yeniliklər bölməsindən yeni yaradılan elektron xidmətlər barədə məlumat əldə edə bilərik.

2eh

Bu da günü-gündən bu sahədə yeni xidmətlərin artırıldığını göstərir. Biz isə vətəndaş olaraq öz növbəmizdə bizlərə yaradılan bu elektron xidmətlərdən aktiv istifadə etməliyik. Elektron xidmətlərdən məmnunuq və yeni xidmətlərin yaradılacağına inanırıq.

Müəllif: Elnur Abdullazadə

P.S. Bu yazı Rabitə və informasiya texnologiyaları nazirliyinin elektron hökumət portalının “Elektron hökumət”lə bağlı yazı müsabiqəsi üçün yazılmışdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər