“E-pul”  ilə hansı bankların kredit borcunu ödəmək olar?

Mərkəzi Bankın məlumatlarına görə, Azərbaycanda 2 mln-dan artıq şəxsin kreditləri mövcuddur. Belə bir şəraitdə, hər bir kreditin ödənişi üzrə hər dəfə banklara getmək çox şəxsə qətiyyən əlverişli deyildir- müştəri boş vaxtı yalnız həftə sonları və işdən sonrakı vaxtlarda olur ki, bu vaxtlarda bankların çoxu işləmir. Ödənişin vaxtında edilməsi və əlavə yerə getmədən ödənilməsi isə müştəri üçün prinsipial xarakter daşıyır. Çünki onun həm əlavə gecikmələrdən, həm də iş vaxtı banka səfərdən canını qurtarmış olur. Bu prizmadan baxdıqda elektron ödəmə kanallarının üstünlüyü danılmazdır  – əlavə olaraq bu həmdə müştərilər üçün pulsuzdur!

Belə bir ödəniş sistemlərindən biridə  E-PUL elektron ödəniş sistemidir. Bu xidmətdən istifadə edərək online ödənişlərinizi həyata keçirə bilərsiniz.

Bəs E-PUL.az ödəniş sistemində hansı bankıarın kredit borclarını ödəmək olar?

  • Access Bank
  • AFB Bank
  • Ata Bank
  • AzerCredit
  • Bank Avrasiya
  • Bank BTB
  • Bank of Baku
  • Bank Respublika
  • Bank Standard
  • FINCA Azerbaijan
  • FlexiKredi
  • Nikoil Bank
  • Paşa Bank
  • RabitaBank
  • Turan Bank

E-Pul.az portalında qeydiyyatdan keçərək ödəniş etsəniz, hər bir ödənişə görə bonuslar alacaqsınız. Ödənilən hər bir manata görə bonusun hesablanma qaydası bu faylda göstərilib. Amma bu o demək deyildir ki, qeydiyyatsız ödəniş etmək mümkün deyil. Təbii ki, bu mümkündür, sadəcə ödənişlərinizə görə siz əlavə üstünlük qazanmış olursunuz. Həmçinin, qeydiyyatdan keçməyin digər üstünlükləridə vardır ki, onlar haqqında digər məqaləmizdə danışacağıq.

Nəzərinizə çatdıraq ki, E-pul hal-hazırda  Azərbaycanda Android və İOS sistemlərində işləyən, mobil tətbiqi təqdim edən və onlayn rejimdə vəsaitlərin kartdan karta köçürülmə imkanını verən,  yeganə ödəniş sistemidir.