18 C
Baku
Tuesday, April 23, 2024

eBay-da kənd satışa çıxarıldı

Kənd həyatını sevənlər üçün əla xəbər. İtaliyada bütün bir kənd satışa çıxarılıb. Bu kəndi isə eBay internet hərracından əldə etmək mümkündür.

eBay dünyanın ən nəhəng internet hərraclarından biri olmaqla yanaşı, ən qəribə predmetlərin satışa çıxarıldığı məkan kimi də məşhurdur. Mahiyyət etibarilə istənilən şəxs burada istədiyini sata və ala bilər. Lakin bu italyan lot hər bir kəsi heyrətləndirməyi bacardı.

Alp dağlarında yerləşən bu Kalzasio adlı kənd ətraflı təsvir edilərək hərracda yerləşdirilib. Alıcı 14 ev və İtaliyanın şimal-qərb hissəsindən 50 kilometr uzaqlıqda yerləşən Turində 50 otaqdan çox əldə edəcək. “Buy It Now” düyməsindən istifadə edərək bu kəndi 245 min avroya əldə edə bilərsiniz. it2014.piemo adlı istifadəçinin sözlərinə görə, kənd strateji vəziyyətə sahibdir və buranı asanlıqla restorana çevirmək və yaxud turistlərə icarəyə vermək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər