EBRD Azərbaycanın ən böyük özəl avtobus operatoruna $6 milyonluq kredit ayırır

“Xaliq Faiqoğlu” MMC

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın ən iri özəl avtobus operatoru olan “Xaliq Faiqoğlu” MMC-yə $6 mln. məbləğində kredit ayırır. Bu barədə bankın məlumatında deyilir.

“Kredit vəsaiti 35 ədəd alçaq platformalı dizel avtobusunun satın alınması üçün ayrılır. Hazırda “Xaliq Faiqoğlu” MMC Bakıda təmin olunan avtobus xidmətinin 20%-nə nəzarət edir və 2017-ci ildə 100 milyondan artıq sərnişin daşıyıb. Kredit “Xaliq Faiqoğlu” MMC-nin müasir şəhər nəqliyyatı operatoruna transformasiya edilməsi prosesinə kömək edəcək”, – deyə bankın məlumatında qeyd olunur.

Image result for “Xaliq Faiqoğlu” MMC

Avro 6 emissiya standartına cavab verəcək yeni avtobuslar şirkətin illik CO2 emissiyalarını 2 853 ton azaldacaq.

Azərbaycanda fəaliyyətə 1992-ci ildən başlayan AYİB 160-dan çox layihəyə 2.8 mlrd. avrodan artıq sərmayə qoyub.