8 C
Baku
Thursday, March 28, 2024

EBRD-nin Azərbaycan üzrə yeni rəhbəri Bakıya gəlib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri İvan Duarte hökumət nümayəndələri ilə danışıqlar aparmaq üçün Bakıya gəlib. Banker.az saytı xəbər verir ki, bu barədə Trend hökumətdəki mənbəyə istinadən xəbər verir. İ.Duarte bu ilin avqustunda AYİB-nin Azərbaycandakı nümayəndəliyinə rəhbər təyin edilib.

İ.Duarte 2004-cü ildən AYİB-də işləyir. O, Albaniya, Qazaxıstan, Macarıstan, Polşa, Slovakiya, Türkiyə, Mərakeş və Tacikistan kimi ölkələrdə bir sıra nəqliyyat layihələrində bankın baş bankiri kimi işləyib.

Qeyd edək ki, bankın Azərbaycandakı nümayəndəliyinin əvvəlki rəhbəri Nil Makkeyn müddəti bitdiyi üçün postu tərk edib.

Son xəbərlər
Digər xəbərlər