8 C
Baku
Friday, March 29, 2024

Edqar Po-nun müəmmalı ölümü

Edqar Allen Po pessimist mistika və qorxunc personajları ilə zəngin hekayələri sayəsində məşhurluq qazanmışdır. Məşhur yazıçının ölümü də öz əsərləri kimi müəmmalı şəkildə baş verir.

3 oktyabr 1849-cu ildə yoldan keçən insanlar Edqar Po-nu doğma Baltimor küçələrində qeyri-adekvat şəkildə gəzərkən görürlər. Ona yaxın insanların bildirdiyinə görə “o dəhşətli depressiya içərisində idi və təcili tibbi müdaxiləyə ehtiyacı vardı”. Yazıçı xəstəxanaya yerləşdirilir və burada 5 gündən sonra dünyasını dəyişir.

Edqar Po bütün bu zaman ərzində onunla nə baş verdiyini izah etmək iqtidarında deyildi. Daha bir təəccüblü hal, yazıçının əynində bu günə qədər heç vaxt geyinmədiyi paltarın olması idi. O ölümündən bir gecə əvvəl bir neçə dəfə “Reynolds” soyadını təkrar edir. Lakin bu soyadın məhz kimə məxsus olduğunu müəyyən etmək mümkün olmur.

Edqar Po-nun ölüm haqqında şəhadətnaməsi daxil olmaqla, bütün tibbi sənədlər yoxa çıxır. Qəzetlər yazıçının ölüm səbəbini “beyin xəstəliyi” və “mərkəzi sinir sisteminin soyuqdəyməsi” kimi izah edirlər. 19-cu əsrdə alkoqolizm səbəbindən dünyasını dəyişən insanlara bu diaqnozu təyin edirdilər. Edqar Po-nun əsl ölüm səbəbi isə hələ də müəyyən edilməyib.

Son xəbərlər
Digər xəbərlər