Edvards Deminq: şirkət rəhbərləri üçün mükəmməl dərs!

Hansı daha vacibdir: biznes proses və texnologiya yaratmaq və yaxud işə əla motivasiyalı əməkdaşlar cəlb etmək?!

Edvards Deminq amerikalı alim və istehsalatda keyfiyyətin artırılması problemləri ilə balı araşdırma aparan professor idi. Onun “qənaətcil istehsalat” konsepsiyasının banisi olduğunu deyə bilərik. Bundan əlavə, Yaponiyada keyfiyyətin artırılmasında uğur qazanan müəssisələrə təqdim edilən mükafat məhz onun adını daşıyır.

Beləliklə, Deminq lazımi texnologiyaların istifadə edilməsinin aparıcı tərəfdarı idi. O öz seminarlarında texnologiya olmadan heç bir motivasiyanın işə yaramadığını dəqiqliklə sübut eyməti bacarırdı.

O ilk olaraq seminar iştirakçılarından (bunlar isə şirkət rəhbərləri, top menecerlər MBA diplomlu şəxslər idi) onlara məlum bütün motivasiya üsullarını qeyd etmələrini tələb edir, deyilənləri bir cədvəldə qeyd edirdi. Deminq daha sonradan zaldan 1 nəfərin gəlməsini xahiş edir, onun gözlərini bağlayır və içərisində ağ və qırmızı rəngdə kiçik kürəciklər olan qabdan 10 ədəd qırmızı kürəcik çıxarmasını tələb edirdi. Təbii ki, gözləri bağlı şəxs bunu bacarmır. Belə olduqda Deminq cədvəldə qeyd etdiyi motivasiya üsulları siyahısı üzrə danışmağa başlayır:

—Maddi motivasiya! Yalnız qırmızı kürəcikləri çıxarmağı bacarsan sənə 10 dollar verəcəm!

—Əks maddi motivasiya! Əgər 1 dənə belə olsa ağ kürəcik çıxarsan səni 10 dollar cərimə edəcəm!

—Emosional motivasiya! Mən sənə inanıram, sən bunu bacararsan! Bilirəm ki, sən yalnızca qırmızı kürəcikləri çıxaracaqsan! Dostlar, gəlin birlikdə “Sən bacaracaqsan” deyə qışqıraq!

—Karyera motivasiyası! Yalnız qırmızı kürəcikləri çıxara bilsən müdirini sənin vəzifəni yüksəltməsi üçün yola gətirəcəm!

—Məzuniyyət ilə motivasiya! Yalnız qırmızı kürəcikləri seçsən evə tez getməyinə icazə verəcəm!

Lakin göründüyü kimi bu motivasiya üsullarından heç biri həmin şəxsə gözü bağlı şəkildə yalnız qırmızı kürəcikləri seçməsinə kömək etmədi. Belə olduqda, Deminq seminar iştirakçılarına izah edir ki, işin yerinə yetirilməsi üçün dəqiq texnologiya olmadıqda motivasiya ən yaxşı halda belə qeyri-sabit nəticə qazandırır.