22 C
Baku
Tuesday, April 23, 2024

Ehtimal: FED-in uçot dərəcəsini 4 dəfə artıracaq

Qlobal maliyyə bazarlarının FED-in uçot dərəcəsini daha sürətlə artıracağı ilə bağlı gözləntilərinin artması, ABŞ-ın 10 illik dövlət istiqrazları üzrə gəlirlilik faizini mart ayında 3,5%-ə qədər yüksəldəcək.

“Bloomberg” agentliyinə istinadən, bu proqnozu ABŞ-ın nüfuzlu investisiya banklarından biri olan “Goldman Sachs”ın aktivlərin idarə edilməsi üzrə törəmə şirkəti – “Goldman Sachs Asset Management” verib.

Şirkətin Sidneyd’ (Avstraliya) yerləşən Asiya-Sakit Okean regionu istiqraz bazarları üzrə meneceri Filip Moffit (Philip Moffitt) bildirib ki, FED bu il uçot dərəcəsini, böyük ehtimalla, 4 dəfə artıracaq. F.Moffitə görə, istiqrazların faiz dərəcəsi FED-in monetar stimullaşdırma zamanı aldığı istiqrazların həcmini azaltmaqla daha da artacaq.

Qeyd edək ki, hazırda ABŞ-ın 10 illik istiqrazlarının faiz dərəcəsi 2,83% səviyyəsindədir. Faizlərin yüksəlməsi digər aktivlərin, xüsusilə də səhm, qızıl və xammal qiymətlərinin ucuzlaşmasına səbəb olacaq.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər