Ekspert deyir ki, Azərbaycanda magistratura qurtaranlar daha tez iş tapırlar

“Magistratura pilləsini bitirmiş şəxslərə əmək bazarında tələbat daha böyükdür”. Bunu açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.

“Dünyada əmək bazarının tələbatı  daha çox magistrlara olur. Çünki onlar təkcə hər hansı sahə üzrə formalaşmırlar, həmçinin elmi tədqiqatlarla məşğul olurlar. Bu gün magistratura təhsilinin genişlənməsi vacib məsələdir. Bu magistratura təhsili alan şəxslər bakalavr mərhələsini bitirənlərin 10 faizini təşkil edir. Bir çox ölkələrdə orta məktəb müəllimlərinin magistr təhsilinə yiyələnməsi gündəmə gətirilir” — deyə o bildirib.

Qeyd edək ki, fevralın 25-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının birinci mərhələsi keçirilib.

📝 RƏY BİLDİR