22 C
Baku
Tuesday, April 23, 2024

Ekspert: “İlin sonuna kimi neft hasilatının azaldılması gündəmdə qalacaq”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, OPEC ölkələrinin konfransı öncəsi hasilatın azaldılmasının əleyhinə çıxan olmayacaq

Hazırda neftin qiyməti 52 dollar ətrafında dəyişir. Çox güman ki, bu qiymət OPEC ölkələrinin Vyana toplantısına qədər qala bilər.

Bunu Sputnik-ə açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. “Qiymətin yuxarı qalxması bazara göndərilən müsbət siqnallardan asılıdır. Hesab edirəm ki, konfrans öncəsi hasilatın azaldılmasının əleyhinə çıxan olmayacaq. Düşünürük ki, budəfəki konfrans mülayim abu-havada keçəcək”.

“İlin sonuna, hətta gələn ilin martın sonuna kimi hasilatın azaldılmasının davam etdirilməsi və bu kvotaların saxlanılması gündəmdə qalacaq. Bu qərar qəbul edilərsə bazara müsbət təsir göstərəcək, qiymətlərin bir müddət yüksək olmasını təmin edəcək. Ahənglik üst-üstə düşərsə neftin qiymətinin 55 dolları keçməsi problemli olmayacaq” – deyə o bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər