15 C
Baku
Saturday, April 27, 2024

Ekspert: “Mənzil bazarında qiymət artımı üçün hər hansı səbəb yoxdur”

“Gələn aydan mənzillərin qiymətinin artacağı ilə bağlı xəbərlər yenidən gündəmə gəlməyə başlayıb”. İqtisadçı ekspert Vüqar Bayramov Sputnik-ə deyir ki, mənzil bazarında aktivliyin aşağı düşməsi və durğunluq müşahidə olunur: “Ev satanların sayının çox olmasına baxmayaraq, ev alanların sayında artım yoxdur. Bazarda qiymət artımını şərtləndirən hər hansı bir səbəb yoxdur”.

“Real qiymətlərdə azalmalar var. Buna baxmayaraq qiymətlər yenə də yüksəkdir. Qiymətlərin azalmasına ehtiyac var. Mənzil satışı ilə məşğul olan şirkətlər müxtəlif yollarla mənzillərin qiymətinin aşağı düşməsinə imkan vermirlər. Tələb aşağı olduğu üçün növbəti aylarda mənzil bazarında qiymət artımı olacağı proqnozlaşdırılmır” – deyə o bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər