15 C
Baku
Wednesday, April 24, 2024

Analitik :” Neftin qiyməti 5 aya 82$ keçəcək”

Analitik Faiq Əhmədovun proqnozlarına görə, neftin qiyməti yaxın 5 ay ərzində 82-88$ qədər qalxacaqdır. O fikirlərini belə əsaslandırır:

10418468_628259780640962_5476287518148046485_n[su_quote]Bildiyiniz kimi, son 30 ildə İraqda baş verən hadisələr (9 illik İraq-İran müharibəsi, İraq-Kuveyt anneksiyası, ABŞ-İraq müharibəsi) uzun müddətdir ki, İraqın neft sektoruna əsaslı investisiyaların qoyulmasını dayandırmışdır. Bu səbəbdəndə istismarda olan texnikanın bir qismi texnoloji baxımdan artıq köhnələrək son günlərini yaşamaqdadır, digər bir qismi isə əsaslı təmirə ehtiyacı olan səmərəsiz avadanlıqlardır. Yaxın zamanda İraq neft sənayəsi yenidən qurulmalıdır ki, regionda demokratiyanın bərqərar olunması yolunda Qərbin xərclədiklərinin əvəzin gütürsün, növbəti yenidənqurma proseslərin başlanmasına təkan verilsin. Bu cür yenidənqurma proseslərin tarixi nümunələri onu göstərir ki, köhnə üzərində qurulan hər bir şey dağıdılmalı və proseslər yenidən başlanılmalıdır. Bu yanaşma həm ictimai-siyası proseslərə, həmdə infrastruktura aid ediləcək. Deməli İraqın yeni bombalanma prosesi qaçılmazdır. Bunun üçündə, artıq yeni motivlər də hazırdır. ABŞ və İngiltərə “əsəri” olan İŞİD və onun adıyla yaradılan təhlükə, yetərli olacaq ki, yeni proseslərin yaxın şərqdə başlanılmasına təkan verilsin. Bu proseslərdə kimlərin liderlik rolunda olması, cari hadisələrdən artıq aydın görünməkdədir. Böyük ehtimala görə, ABŞ bu proseslərdə passiv roluyla kifayətlənəcək. Səbəb isə, seçkilərin yaxınlaşması, iqtisadi problemlər, böyüyən büdcə borcu və beynəlxalq siyası yükün bir qismini, müttəfiqlərlə bölünməsidir. İngiltərə, Almaniya, Türkiyə yaxın şərq bazarının əsas fiqurlarına çevirilməkdədir ki, bunun ilk addımları göz qabağında. Türkiyənin İŞİD-ə qarşı Suriyada əməliyyatları və İngiltərə, Almaniya xüsusi xidmət orqanlarının İraqda İŞİD adıyla provokasiya səhnələrin qurulmasıdır. Proseslərin aktiv fazasında İraq neft ixraacatın tam iflic vəziyyətə düşməsi, həmçinin İran embarqosunun ləğv edilməsi müzakirələrinin ABŞ parlamentində ləngiməsi, neft bazarında qıtlığın yaranmasına səbəb ola bilər ki, qiymətlərin 73-78 dollaradək qısa müddətli sıçramasına gətirib çıxarda bilər. Neft qiymətinin artmasının digər lüzum səbəblərindən birisi isə, ABŞ iqtisadiyyatında qiymətlərin belə ucuz olması, inflyasiyanın 2%-a catdırılmasına imkan vermir. Yaddan cıxarmayaq ki dünya birjalarında malların əksəriyyəti dollarla satılır və neftin ucuz qiyməti bir tərəfdən ABŞ iqtisadiyyatına xeyirdirsə digər tərəfdən də ziyanlıdır[/su_quote]

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.