21 C
Baku
Thursday, April 25, 2024

Ekspertlər ən yüksək həyat səviyyəsinə malik ölkələri elan etdi

Amerikanın Social Progress Imperative təşkilatı ən yüksək həyat səviyyəsinə malik ölkələr reytinqini yenilədi. Lider ölkələrin üçlüyünə Finlandiya, Kanada və Danimarka daxil oldu.

Siyahı Social Progress Index araşdırması çərçivəsində tərtib edilib. Araşdırma gedişində mtəxəssislər bu kriteriyalar üzrə ölkələrin dəqiq şəkildə qiymətləndirilməsini həyata keçiriblər: səhiyyə, həyat şərtləri, sanitariya, təhsil, seçim və söz azadlığı, texnologiyaların əlçatanlığı, insan haqlarının qorunması və tolerantlıq.

Nəticədə reytinqə həmçinin Avstriya, İsveçrə, İsveç və Norveç də daxil olub. Həyat səviyyəsinə görə ən yaxşı ölkələrin reytinqinin onluğunu Hollandiya, Böyük Britaniya, İslandiya və Yeni Zellandiya tamamlayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər