24 C
Baku
Thursday, April 18, 2024

Elektron arayışla hansı banklardan kredit ala bilərsiniz?

Banklarla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən siz bəzi banklardan kredit əldə etmək istədiyiniz zaman   üçün elektron arayış vasitəsilə qısa müddətdə bu istədiyinizi reallaşdıra bilərsiniz.

Bir müddət öncə, cəmi bir bank vasitəsilə kreditləri onlayn arayış vasitəsilə əldə etmək mümkün idisə,  hazırda bir çox banklar bu xidməti gerçəkləşdiriblər. Azərbaycan bankları üçün bu yenilik  olduğuna görə hələ ki, çox az bank bu xidmətdən istifadə edir. Arayışların elektron şəkildə əldə olunması, əhali üçün də çox sərfəlidir. Çünki müxtəlif səbəblərdən bankdan tələb olunan arayışı təqdim etmək mümkün olmur. Siz  fərdi məlumatlarınız üzrə elektron arayışı evdən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilərsiniz.

Arayışların elektron qaydada əldə olunması ölkədə fəaliyyət göstərən banklar və “Elektron hökumət” portalı ilə əməkdaşlığı ilə birlikdə həyata keçirilir.  Bu arayışlar ilə kreditlərin verilməsi isə çox sadədir. Beləliklə, siz (www.e-gov.az) Elektron hökumət portalına daxil olaraq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsi ilə elektron arayış formasını dolduraraq kredit əldə etməl istədiyiniz banka göndərirsiniz.

Elektron portala daxil olmaq üçün siz, elektron imza sertifikat, “ASAN imza” və ya kod parollardan istifadə edə bilərsiniz. Kod parolu almaq üçün isə elektron portalın onlayn qeydiyyat xidmətindən istifadə etməyiniz mümkündür.

Siz elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə etməklə kod parolunu ala biləcəksiniz. Kod parollarını Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etməyiniz mümkündür. Bunun üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.

Hazırda aşağıda qeyd olunan banklardan kredit əldə etdiyiniz zaman Elektron hökümət portalı vasitəsilə kredit rəsmiləşdirilməsi üçün elektron arayışın verilməsi xidmətin istifadəsinə edə bilərsiniz.

Elektron arayışla kreditlərin verilməsi mümkün ola banklar: Bank of Baku, Unibank, Access Bank, AG Bank, YapıKredi Azərbaycan, Azərbaycan Beynəlxalq Bankı, Bank BTB,  Muğan Bank, Bank Respublika, NBC Bank, Rabitəbank, Expressbank, Amrahbank.

Yuxarıda qeyd olunan banklardan kredit əldə etmək istədiyiniz zaman, məhz həmin banklarda bu xidmət olduğundan, siz banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər