15 C
Baku
Friday, April 26, 2024

Elektron ipoteka sisteminin nə kimi üstünlükləri var?

Xəbər verildiyi kimi, fevraldan Azərbaycanda elektron ipoteka sisteminin tətbiqinə başlanılıb. Bunu necə etmək olar və elektron sistemin üstünlükləri barədə Kəpəz TV-nin (Region TV) əməkdaşlarının hazırladığı süjetdə tanış olaq…

İpoteka kreditlərinin verilməsi zamanı vətəndaş müraciətlərinin elektron formaya keçirilməsi ilə bağlı İpoteka Fondu və banklar arasında sənədləşdirmələr 2013-cü ildə test rejimində həyata keçirilib. Prosesin reallaşması isə bu il fevralın 2-də baş tutub. Artıq vətəndaşlar ipoteka.az saytında qeydiyyatdan keçərək, müraciətlərini edə bilərlər. Elektron müraciətdən sonra isə lazımi sənədlər 5 gün müddətində banka təqdim olunmalıdır…

Elnur Həmidov – bank mütəxəssisi: “…Əks-təqdirdə vətəndaşın müraciətinə imtina veriləcək. İmtinadan sonra təkrar müraciət olarsa, vətəndaş həmin bankın gözləmə siyahısına düşəcək. Sərbəst şəkildə müraciət edə bilməyəcəklər. Bütün bunlar baş verməsin deyə vətəndaşlar tələb olunan sənədlərin 5 gün ərzində banka təqdim olunmasını təmin etsinlər”.

Elektron müraciət zamanı qeydiyyat bölməsində müvəkkil bankların siyahısı olur. Vətəndaşlar yaşadıqları və işlədikləri regiondan asılı olmayaraq, limiti olan banklardan birini seçə bilərlər. Ümumiyyətlə, elektron müraciətə keçid vətəndaşlara vaxt itkisi yaşamamaq, banklara isə düzgün seçim təminatı verir.

Milli.Az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər