8 C
Baku
Friday, March 29, 2024

Elektron ticarətin əlifbası

Sözü gedən ticarət forması, yəni elektron ticarət ölkəmizdə çox yeni bir ticarət forması olsa da, üzvləri yetəri qədər çoxdur. Çoxluğu Sədərək, Binə və bənzəri ticarət mərkəzlərindən topdan və ya ucuz qiymətə satılan məhsullar hesabına, əsasən sosial şəbəkələrdən gəlirini əldə edən satıcılardır. Yeni yayıldığı zamanda satıcılar arasında bir o qədər məşhur olmadığı üçün, təklif azlığını və tələbin çoxluğunu nəzərə alsaq,elektron ticarət gəlir qazanmaq üçün gözəl fürsət idi.

Amma, “viral” səviyyəyə çatmış bu ticarət forması ilə, hal-hazırda 10 tələbədən 1-i məşğul olur. Bu sahəyə daimi gəlir növü kimi baxanlar daha azdır.
Hazırladığım bu yazını oxuyanlar, yəqinki bu sahəyə daimi gəlir növü kimi baxanlardır.

Bu mövzu altında mən sizə qaranlıq qalan suallara cavab tapmağınıza kömək edəcəm.

Nə satım?

Hal-hazırda ­­shopping səhifələrində ən çox saat və bjuteriya elanları üstünlük təşkil edir. Buna səbəb kimi çoxunuz tələbin çox oluduğunu düşünürsünüzsə, yanılırsınız.

Şəhərimizdə topdan saat və bjuteriya gətirənlər yetəri qədər çoxdur. Ortalama 1 manatlıq bjuteriyanı 10 manata və ya 5 manatlıq saatı 25 manata satırlar. Yəni az pulla çox gəlir gətirən kateqoriya kimi tanınır.

Mənim məsləhətin sırf bir məhsul və ya bir kateqoriya üzərində fikslənin. Kateqoriyalara misal olaraq, saat və bjuteriya, idman və outdoor, moda və geyim, idman və s.
Çünki, sırf bir kateqoriya üzrə məhsullarınız bol olsa,  siz satışda daha uğurlu və stabil gəlir əldə edəcəksiniz.

Kimə satım?

Yəqin ki, siz sifarişçinin sizi tapmasını gözləməyəcəksiniz. Siz alıcını özünüz tapmalısınız. Ödənişli reklamlardan çəkinməyin. Gəlirin müəyyən bir hissəsini reklama ayırın və daima artırın. Reklam büdcəsini azaldaraq qənaət etmək, saatı arxaya çəkib zamana qənaət etmək kimidir. Varlı və ya orta təbəqənin hansının büdcəsinə uyğun satış həyata keçirirsinizsə, onlara uyğun reklamlar həyata keçirin.

Harada?

Əgər lokal mağazanız yoxdursa, müştərilərinizi ən çox tapa biləcəyiniz yerlərdə satın. Forumlar, sosial şəbəkələr və s. Müştərilərinizin nə ilə maraqlandığını müəyyən edin. Onların ortaq maraqlarını dəyərləndirərək hərəkət edin. Misal üçün: əgər moda üzrə satış həyata keçirirsinizsə, moda səhifələrinə, məşhur modelyerlərə və onları izləyənlərə çatmağa çalışın.

Neçəyə?

Məhsulun satış qiymətini hesabladığınız zaman ağlınıza gələn rəqəmi yazmayın. Siz məhsula qiymət qoyarkan, mütləq bəzi ünsürlərə diqqət yetirməlisiniz: maya dəyəri + çatdırılma xərciniz + gəlir + vergi +işçi haqqı və s. Bu barədə daha ətraflı növbəti yazılarımda paylaşacam.

Alıcılar daha çox nə alır?

Hər bir kateqoriyanın alıcılarının ən çox aldığı məhsullar vardır. Siz hər dəfə məhsul satdıqca, sizlərə suallar ünvanlandıqca özünüzə “Top 10 list” hazırlayın. Digər rəqiblərinizin bazarını izləyin – ən çox nə satdığını və müştərilərin ən çox nə ilə maraqlandığını müəyyən edin.
Əgər yeni başlayırsınızsa, sayt açmağa qaçmayan. Digər mövcud alış-veriş saytlarında Mağaza açın və kiçik faiz əvəzində gelirinizi artırın.

Orxan Mehralı

Son xəbərlər
Digər xəbərlər