17 C
Baku
Friday, September 27, 2024

Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib

Əli Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 23 sentyabr 2024-cü il tarixdə sərəncam imzalayıb.

“Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilsin”, – deyə sərəncamda bildirilir.

Xatırladaq ki, o, 22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.

 

Son xəbərlər
Digər xəbərlər