25 C
Baku
Saturday, April 20, 2024

Elit təhsil: Oxford, Cambridge, Harvard

Bu gün duyanın istənilən universitetində, o cümlədən də Oxford, Cambridge və Harvard kimi elitar tədris müəssisələrində təhsil almaq xəyal deyil, sadəcə bundan ötrü lazımı maddi vəsaitə malik olmaq gərəkdir. Biz, dünyanın ən qocaman tədris ocaqlarında təhsilinin neçəyə başa gəlməsini araşdırmağa çalışdıq.

Oxford universiteti

Bu dünyanın ən qədimi universitetidir, onun əsası12-ci əsrdə qoyulub. Oxford-da təhsil almaq təkcə nüfuz və prestij demək deyil. Müasir standartlara cavab verən, müvafiq  ixtisasla bağlı keyfiyyətli təhsildən başqa, universitet gələcək iş yerinin seçilməsi ilə bağlı sizə boyum seçim imkanı təqdim edir.

Belə hesab olunur ki, Oxford-da təlim kursu keçmiş insan, müasir əmək bazarında onu rəqabətə davamlı mütəxəssisə çevirə biləcək bütün lazımı keyfiyyətlərə sahib olur.

oksford%202Keyfiyyətli bilikdən əlavə, iti zəkaya, təfəkkür elastikliyinə, yeni informasiyanı dərhal qavramaq və onu operativ şəkildə istifadə etmək qabiliyyətinə malik əməkdaş çox asanlıqla bir vəzifədən digərinə adlayır, təzə işə rahatlıqla uyğunlaşır və həmişə öz işinə yenilik gətirmək, yeni nəsə təklif etmək iqtidarında olur.

Oxford universitetinə daxil olmaq olduqca çətindir, çünki namizədlərə həddindən artıq yüksək tələblər irəli sürülür, amma bu mümkündür. Sadəcə nəzərə almaq lazımdır ki, universitetə daxil olmağa hazırlıq mərhələsi və elə təhsil prosesinin özü də böyük maliyyə yatırımları tələb edir.

Qəbul tələbləri kollecdən və seçilmiş ixtisasdan asılı olaraq dəyişə bilər. Ərizənin təqdim olunması isə bütün Böyük Britaniya universitetləri üçün ümumi olan UKAS portalı vasitəsi ilə həyata keçirilir. Bir qəbul imtahanı üçün iştirak ərizəsinin qiyməti 11 funtdur, 22 funt ödəməklə isə cari il ərzində qeyri məhdud sayda ərizə vermək şansı əldə edirsiniz. Maraqlıdır ki, abituriyent eyni anda həm Oxford-a, həm də onunla  rəqabət aparan Kembric universitetinə sənəd verə bilməz.

Oxford-da təhsil almaq istəyən əcnəbi tələbələr üçün A-Levels kvalifikasiya və ya International Baccalaureate (IB) imtahanından keçmək mütləqdir. Bundan əlavə abituriyentlərdən öz işlərinin ingiliscə əl yazma nümunələrini təqdim etməyi və ya testdən keçməyi təklif edə bilərlər.

Bu gün Oxford universitetinin nəzdində, qəbul olmağı arzu edənlər üçün müxtəlif məktəblər açılmışdır və xarici dil kursları fəaliyyət göstərir. A-Levels kvalifikasiyasını almaq üçün iki həftəlik təlim kursunun qiyməti 695 funt sterlinqdir, üç aylıq əsalı kursun qiyməti isə 3455 funta qədər çata bilər. Bundan əlavə intensiv kurs keçmək imkanı vardır: belə kursun iki həftəsi sizə 830 funtdur, üç aylıq intensiv kurs sizə 4190  funt sterlinqə başa gələcək.

Bundan əlavə digər yaşayış xərclərini də nəzərə almaq lazımdır: otaqların sayından, vəziyyətindən və pansiondan asılı olaraq, bir həftə qalma müddəti 60-80- funt arasında dəyişir.

Oxford universitetinin özündə isə təhsil almaq əcnəbi tələbələr üçün Britaniyanın öz vətəndaşları ilə müqayisədə 7 -10 dəfə daha bahadır. Orta hesabla, bir illik təhsil haqqı 11 000 funt sterlinq təşkil edir, laboratoriya praktikası ilə birlikdə kurslar isə  13 500 funt, klinika təcrübələri isə 24 500 funtdur. Bundan əlavə Oxford-un demək olar ki bütün kollecləri (beşi istisna olmaqla) ixtisasdan asılı olmayaraq, əlavə olaraq 5473 funt sterlinq civarında administirativ ödəniş edilməsini tələb edir.  Məsələn İT (informasiya texnologiyaları) üzrə 2011/2012-ci tədris ili üzrə təhsil 27 770 funt sterlinqə başa gəlmişdir.

Cambridge

UKCambridgeCambridge – Oxford ilə müqayisədə daha gənc universitetdir. Onun əsası Oxford universitetinin müəllimləri tərəfindən qoyulub. Bu gün Cambridge-in kolleclərinin sayı 31-ə çatır ki, onlardan 6-sı yalnız bakalavr pilləsi üzrə təhsil verir. Cambridge-ə daxil olmaq üçün tələb olunan sertifikatlar demək olar ki, Oxford universitetinə daxil olmaq üçün tələb olunanlar ilə eynidir.

A–Levels və ya International Baccalaureate imtahanından əlavə, istənilən bir ixtisasa daxil olmaq üçün müsahibə mərhələsindən keçmək də mütləq xarakter daşıyır. Digər imtahanlar isə istiqamətdən asılı olaraq fakültativdir. Məsələn riyaziyyat ixtisaslarına daxil olmaq üçün elə bir başa müsahibə zamana test imtahanından keçmək də tələb olunur. Linqvistika elmləri üzrə təhsil almaqdan ötrü, testlə yanaşı, esse yazmalı olacaqsınız. Memarlıq ixtisasları üçün isə təbii ki, layihə və eskizlər təqdim etmək lazım gələcək.

Təhsil haqqı tələbənin oxumaq niyyətində olduğu fənlər qrupundan asılıdır. 2011-2012-ci tədris ilində əcnəbi tələbələr üçün təhsil haqqı 1-ci və 2-ci fənn qrupunda (arxeologiya, antropologiya, iqtisadiyyat, pedaqogika, politologiya, hüquq, riyaziyyat, psixologiya və s) 11 829 funt sterlinq təşkil etmişdir, 3-cü fənn qrupu üçün (memarlıq, coğrafiya, musiqi) 15 840 funt, 4-cü fənn qrupu üçün (tibb və baytarlıq) təhsilin dəyəri  28 632 funt sterlinq olmuşdur.

Oxford Universitetində olduğu kimi Cambridge-də də ildə bir dəfə College Fees ödəmək tələb olunur, bu rəqəm isə 4 400-5 200 funt sterlinq arasında dəyişir. Əcnəbi tələbələrə Britaniya ərazisində qalmağa icazə verən yaşayış minimumum məbləği isə ildə 8 060 funt sterlinqdir.

 Harvard

Harvarda daxil olmaq –elə karyera qurmağa bərabərdir. Bu diplom sizin üzünüzə istənilən bir qapını açmağa qadirdir, axı artıq neçə yüz ildir ki, Harvard dünyanın ən nüfuzlu ali məktəblərindən biri hesab olunur. Hətta maliyyə imkanlarına sahib olduqda belə, bu universitetə daxil olmaq heç də asan deyil. Universitetin yerləri uğrunda ciddi rəqabət gedir, hər il 300 mindən artıq abituriyent Harvardın tələbəsi olmaq uğrunda mübarizə aparır və öz ərizələrini təsdiq etdirir. Onlardan cəmi bir neçə mini seçim mərhələlərini keçərək tələbə adını almağa müyəssər olur. Namizədlər tərəfindən təqdim olunan sənədlər komplekti ayrılıqda iki pedaqoq tərəfindən nəzərdən keçirilir.  harvard university 2005201084846SA

Harvard universitetinə daxil olmaq üçün SAT (Scholastic Aptitude Test),  testlərinin nəticələrini təqdim etmək tələb olunur, bu məktəb qiymətləndirici test imtahanları həyata keçirir. SAT-ı bir növ bizim ölkədə mövcud olan TQDK-ya bənzətmək olar. Harvarda daxil olmaq üçün SAT-ın əvəzində ACT (American College Testing) imtahanlarını da vermək mümkündür. Bu imtahan isə özündə riyaziyyat, ingilis dili, oxu bölmələrini və bəzi ixtisas elmləri üzrə xüsusi bölmələri əhatə edir.

Harvard universitetinin fakültələrindən birinə daxil olmaq üçün, SAT II testinin üç profil imtahanını da vermək zəruridir. Bu imtahanlar tələbənin seçilmiş ixtisas üzrə bilik səviyyəsini nümayiş etdirir. Bununla yanaşı tələb olunan sənədlər paketinə TOEFL (100 baldan az olmaq şərti ilə) imtahanının nəticələri və orta məktəbi bitirmək haqqında şəhadətnamə (müvafiq fənlər üzrə qiymətləri göstərməklə) də daxildir.

Bundan əlavə qəbul komissiyasına ictimai fəaliyyətdəki aktivliyi və ya elmi fəaliyyəti sübut edəcək dəlillər təqdim edilməsi tövsiyə olunur. Harvardda həyatda aktiv mövqe tutan, olimpiadaların, beynəlxalq yarışların, proqramların və ya təcrübələrin iştirakçısı olmuş abituriyentləri xüsusi ilə yüksək qiymətləndirirlər.

Harvardda bakalavr diplomu almaq üçün təhsil müddəti 4 il, magistr dərəcəsi  almaq üçün isə, 1,5  ildir. Bakalavrda təhsil haqqı fakültədən və seçilmiş ixtisasdan asılı olaraq 36 500-51 200 dollar arasında dəyişir. Magistratura pilləsində təhsil haqqı isə 32 896  dollardan başlayır.

Bundan əlavə  yaşayış, qida və nəqliyyat xərclərini də nəzərə almaq lazımdır. Bu məsrəflər isə orta hesabla 10 000 -14 000 dollar təşkil edir.

Beləliklə dünyanın ən elit tədris müəssisələrinə daxil olmaq kifayət qədər realdır. Tələbə adını yaşından asılı olmayaraq istənilən bir adam qazana bilər. Bu zaman ən vacib amil –maliyyə vəziyyəti və əlbəttə ki, bir neçə il ərzində dünyanın ən nüfuzlu universitetində gecə -gündüzü elmə həsr etməyə dərin bir istəyin olmasıdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər