13 C
Baku
Friday, April 19, 2024

Elman Rüstəmov BVF nümayəndə heyyəti ilə görüşdü

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Görüş zamanı ölkədə makroiqtisadi proseslər, maliyyə sektorundakı vəziyyət, tədiyə balansının stabilləşməsi kimi məsələlər müzakirə edildi.

Görüşdə E.Rüstəmov ölkədəki makroiqtisadi vəziyyət, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, həyata keçirilən struktur islahatları barədə ətraflı məlumat verdi. O, ölkə Prezidenti İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri önə çəkərək həyata keçirilən struktur islahatları, iqtisadiyyatın şaxələnməsi, gündəlikdə olan layihələr, maliyyə sektorunun inkişafı kimi mühüm istiqamətlər üzrə fikir mübadiləsi apardı. E.Rüstəmov Azərbaycanda makroiqtisadi sabitliyinin qorunub saxlanılması və iqtisadi inkişafın daha da sürətlənməsi üçün həyata keçirilən tədbirlərdə dəstəyinə görə BVF-yə öz təşəkkürünü bildirdi.

Öz növbəsində nümayəndə heyətinin rəhbəri Cihad Azur BVF ilə mövcud əlaqələrin yüksək səviyyədə olduğunu və Azərbaycan iqtisadiyyatı region üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Ölkədə həyata keçirilən struktur islahatlarının zəruruliyi və mövcud çağırışların nə dərəcədə mürəkkəb olmasını nəzərə alaraq Fond tərəfindən ekspert qismində əlavə dəstəyin göstərilməsinə hazır olduqlarını bildirdi. Bu istiqamətdə görülən işlərin önəmini qeyd edən Cihad Azur iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinin və ölkə iqtisadiyyatının postneft dövrünə hazırlanmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, bundan sonra da BVF tərəfindən ölkədə makroiqtisadi siyasətin uğurla həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsinə dəstək veriləcək, bu sahədə ikitərəfli əməkdaşlığı genişləndiriləcək, yeni siyasət alətlərinin və mexanizmlərinin istifadə olunması imkanlarına baxılacaqdır.

Görüşdə həmçinin Azərbaycan ilə, o cümlədən Mərkəzi Bankla BVF arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Son xəbərlər
Digər xəbərlər