20 C
Baku
Wednesday, April 24, 2024

Elman Rüstəmov yenidən namizəd oldu

Onların hər ikisinin səlahiyyət müddəti bu həftə başa çatır.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə iki üzv seçiləcək.

Oxu.Az xəbər verir ki, Milli Məclisdən (MM) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı MM-in aprelin 3-də keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında” layihə müzakirə olunacaq. Belə ki, həmin məsələ iclasın gündəliyinə martın 29-da daxil edilib.

Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünə iki nəfərin namizədliyi irəli sürülüb. Bu şəxslər Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmov, digəri isə onun müavini Xəqani Abdullayevdir.

Onların hər ikisinin səlahiyyət müddəti bu həftə başa çatır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər