15 C
Baku
Friday, March 29, 2024

Elman Rüstəmovun böyük səhvi

“İnsanların banklara inamı itə bilər”.

Bu sözləri açıqlamasında Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov Mərkəzi Bankın sədri Elman Rüstəmovun bankların aqibəti ilə bağlı verdiyi açıqlamanı şərh edərkən dedi.

Ekspertin sözlərinə görə, dünyanın heç bir yerində Mərkəzi Bank belə bir açıqlama ilə çıxış etmir:

“Banklara verilən müddətin uzadılacağını güman etmirəm. Çünki Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov müflisləşən bankların sayı ilə bağlı açıqlma yaydı və bu bankların siyahısını göstərdi. Baxmayaraq ki, dünyanın heç bir yerində buna yol verilmir. Bütün sivil ölkələrdə mərkəzi banklar müflisləşən bankların siyahısını ictimaiyyətdən gizli saxlayır.

Çünki bu yolla insanların banklara inamı itə bilər. Buna görə də proses gizli saxlanılır.

Proses eyni zamanda ondan xəbər verir ki, Mərkəzi Bank məcmu kapitalın artırılması ilə bağlı müddəti dəyişmək niyyətində deyil və buna görə də Mərkəzi Bankın müəyyənləşdirdiyi vaxtı bir qədər uzadacağını düşünmürəm”.

Axar.az

Son xəbərlər
Digər xəbərlər