18 C
Baku
Thursday, April 25, 2024

Elon Musk məktəbli qızın ideyasını reallaşdırır

ABŞ-ın məşhur iş adamı, novator İlon Mask (Elon Musk) məktəbli qızın məktubuna cavab verib.

İ. Mask 10 yaşlı məktəb şagirdi Bria Lavdeyin (Bria Loveday) ideyasını qəbul edib.

Detroyt yaxınlığında yaşayan B. Lavdey məktəbdə tapşırıq alıb ki, istədiyi iş adamına məktub yazsın və ideya versin. O, atası ilə birlikdə “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İ. Maska məktub yazmağa qərar verib. Məktəbli qız iş adamına təklif edib ki, “Tesla” üçün həvəskar reklam müsabiqəsi təşkil etsin. “Ən başlıca məqam budur ki, bu iş üçün siz nə vaxtınızı, nə də pulunuzu sərf edəcəksiniz”, – deyə Bria yazıb.

Qızın atası “Twitter”də İ. Maskın diqqətini məktuba cəlb edib. İş adamı tezliklə cavab yazıb: “Gözəl məktuba görə çox sağ olun. Bu, əla ideyadır. Belə də edəcəyik!”

MənbəLent.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər